İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) UNA informasiya portalına istinadla verdiyi xəbərə görə, BMT (Birləşmiş Millətlər Təşkilatı) Livanda sonuncu çovğunda zərər çəkmiş Suriyalı qaçqınlara təcili yardım edəcək.
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qaçqınların işi üzrə ali komissarlığının Beyrutdakı nümayəndəliyi Livanda sonuncu çovğunda zərər görmüş Suriyalı qaçqınlara fövqəldadə və təcili yardım göstərəcəkdir.
Birləşmiş Millətlər Təşkilatının qaçqınların işi üzrə ali komissarlığı Livanda çovğundan zərər çəkmiş Suriyalı qaçqınların sayının 50 min nəfər civarında olduğunu və onların 850 qeyri-rəsmi sığınacaqda yaşadıqlarını elan edib.
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qaçqınların işi üzrə ali komissarlığının media məsulu Hibə Faris mətbuat konfransında deyib: Ali Komissarlıq qaçqınların durumlarını yoxlamaq üçün onların ailələrinə baş çəkib və imkan daxilində köməklər edilib. Qaçqınların çadırlarına su və sel dolub və onlar məcbur olublar ki, digər qaçqınların çadırlarına sığınsınlar.
Qeyd edək ki, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qaçqınların işi üzrə ali komissarlığının hesabatına görə, 2011-ci ildən indiyədək 5.1 milyon suriyalı öz ölkəsindən didərgin olub.