IQNA

Özbəkistanda İslam və müsəlmanlar

11:25 - January 26, 2019
Xəbər sayı: 3484580
Özbəkistanın məşhur din, fəlsəfə və Ərəb dili elmləri professoru Məhmud Xacə Nurəddinov bir müddət öncə "Quranın elmi tərcüməsi, şərh və təfsiri" adlı kitabı çap və nəşr edildi.      

Özbəkistanda İslam və müsəlmanlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Özbəkistan Mərkəzi Asiya (Orta Asiya) ölkələri arasında qədimdən İslam dini ilə bağlılığı mövcud olan ölkələrdən biridir.

Bu ölkənin Səmərqənd və Buxara kimi şəhərləri çox qədim zamanlardan "Məvəraun-Nəhr" və Mərkəzi Asiyada İslami elm və mədəniyyətin mərkəzi olub.

Hazırda Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Əfqanıstan ilə müştərək sərhədləri olan bu qədim diyarın paytaxt Daşkənt şəhəridir. 1991-ci ildə SSR dağıldığı zaman Özbəkistan da öz müstəqilliyini elan etdi.

Özbəkistanda yaşayan müsəlmanların çoxu sünnülüyün Hənəfi məzhəbinin davamçılarıdırlar. Kommunist ideologiyasının hakimiyyətdə olduğu zaman onlar çalışdılar ki, müsəlmanların İslami əqidə və düşüncələrini sosialist düşüncəsi ilə əvəz etsinlər. Buna görə də məzhəbi və dini mərasimləri qadağan etmişdilər. Müsəlmanlar öz dini ayinlərini yerinə yetirmək üçün çətinlik və sıxıntı çəkirdilər.

Özbəkistan müstəqillik əldə etdikdən sonra ana yasanın 7-ci fəslində insanlara əqidə azadlığı verildi. Həmçinin dini əqidənin məcburu təlimi qadağan olundu.

Rusiyanın Neft və Qaz Dövlət Universitetinin Daşkənt filialının ustadı xanım Dr. Gülnarə Mənusorva İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulları ilə görüşündə Özbəkistandakı dini vəziyyətdən danışıb.

O deyib: Özbəkistan müstəqillik əldə etdiyi vaxtdan insanların siyasi və dini azadlığını təmin etməyə çalışır. Dövlətin hədəfi vətəndaşlar üçün sabit və tolerant mühit yaratmaqdır. Habelə hazırda radikal dini ideologiyaların mövcudluğu dövləti məcbur edir ki, dinlə bağlı şəffaf siyasət yürütsün.

Ölkə prezidenti Şövkət Mirzayev 2017-ci ildə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) ümumi toplatısında dünyada yayılmaqda olan islamofobiyaya işarə edərək demişdi ki, İslam və terrorizm bir-birindən ayrı məfhumdur. Bunları bir-birinə qatışdırmayın.

Özbəkistanda həqiqi İslamın, xalis dini mərifət və mənəviyyatın təbliği yönündə dövlət səviyyəsində işlər aparılır.

Bunlardan biri də 2017-ci ilin İyun ayında Səmərqənddə İmam Buxari adına Hədisşünaslıq mərkəzinin təsis edilməsidir.

Bundan əlavə dövlət qədim dövrlərdən məşhur olan "Mir Ərəb" dini elmlər mədrəsəsini təmir elədi və bu təhsil ocağına Ali Dini Təhsil Mərkəzi statusu verdi.

Dövlət paytaxt Daşkəntdə İslam Mədəniyyəti Mərkəzinin tikilməsi üçün vəsait ayırmışdır. Bu mərkəzdə kitabxana, arxiv, əlyazma nüsxələr xəzinəsi, tarixi sənədlər və Özbəkistanın dini və mədəni tarixini əks etdirən əşyaların saxlanıldığı muze olacaqdır. Mərkəzin nəzdində 9 dini təlim müəssisəsi fəaliyyət göstərəcək.

Rusiyanın Neft və Qaz Dövlət Universitetinin Daşkənt filialında dini dərslər də tədris edilir.

Özbəkistanın məşhur din, fəlsəfə və Ərəb dili elmləri professoru Məhmud Xacə Nurəddinov bir müddət öncə "Quranın elmi tərcüməsi, şərh və təfsiri" adlı kitabı çap və nəşr edildi.      

http://iqna.ir/fa/news/3783935

Teqlər: iqna ، özbəkistan ، dini işlər ، SSR
captcha