IQNA

Suriyada təkfirçi cərəyanlarla bağlı sərgi keçirilir

0:17 - February 02, 2019
Xəbər sayı: 3484621
Suriyada keçirilən "14-cü İslam Dünyası Alimlərinin Toplantısı" çərçivəsində paytaxt Dəməşqdə "təkfirçi hərəkatların düşüncə keçidində araşdırılması" adlı üç günlük sərgi keçirilir.

Suriyada təkfirçi cərəyanlarla bağlı sərgi keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyada keçirilən "14-cü İslam Dünyası Alimlərinin Toplantısı" çərçivəsində Dəməşqdə "təkfirçi hərəkatların düşüncə keçidində araşdırılması" adlı sərgi keçirilir.

Dünən, həftənin Cümə gün, 1 Fevral 2019-cu il, başlayan sərgi üç gün davam edəcəkdir.

"Təkfirçilik cərəyanları və radikalizmlə ilə mübarizə" konqresinin beynəlxalq əlaqələr müavini Höccətul-İslam vəl-müslimin Məhəmmədrza Xoşxu İQNA ilə müsahibəsində dedi:

Dəməşqdə "təkfirçi hərəkatların düşüncə keçidində araşdırılması" adlı sərgi öz işinə başlamışdır. Sərgidə təkfirçilik mövzusunda müxtəlif əsərlər nümayiş edilir. Sərgidə nümayiş olunan kitablardan biri də

«آراء علماء الشیعة حول حرمة الإساءة الی المسلمین وتکفیرهم»

 "Şiə alimlərinin müsəlmanları təhqir və təkfir etmək barədə rəyləri" kitabıdır. Bundan əlavə "Təkfirçilik cərəyanları və radikalizmlə ilə mübarizə" konqresinin çap və nəşr etdiyi əsərlər də bu sərgiyə çıxarılıb. Bu barədə yazılmış kitablar maraqla qarşılanıb və sərginin ilk saatlarında bütün əsərlər satılıb.

Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşqdə "14-cü İslam Dünyası Alimlərinin Toplantısı" keçirilir. Bu toplantıda müxtəlif ölkələrdən 500 nəfər alim iştirak edir.   

http://iqna.ir/fa/news/3786324

برگزاری نمایشگاه «بررسی جریان‌های تکفیری در گذر اندیشه»

برگزاری نمایشگاه «بررسی جریان‌های تکفیری در گذر اندیشه»

برگزاری نمایشگاه «بررسی جریان‌های تکفیری در گذر اندیشه»

برگزاری نمایشگاه «بررسی جریان‌های تکفیری در گذر اندیشه»

برگزاری نمایشگاه «بررسی جریان‌های تکفیری در گذر اندیشه»

 

captcha