IQNA

Həm müsəlman oldular, həm də evləndilər - Foto

8:19 - February 06, 2019
Xəbər sayı: 3484649
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yaşayan Serbistanlı xanım Tanya Milusavloviç rəsmi mərasimdə şəhdəteyni deyərək müsəlman oldu.

Həm müsəlman oldular, həm də evləndilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yaşayan Serbistanlı xanım Tanya Milusavloviç rəsmi mərasimdə şəhdəteyni deyərək müsəlman oldu.

Serbistanlı xanımım müsəlmanlığı qəbul etmə mərasimi keçən həftənin bazar günü, 3 Fevral 2019-cu il, Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin Vaguşça rayonunun "İmam Mehdi (ə.f)" hüseyniyyəsində keçirilib.

Bu mərasimdə keçən ilin ƏRBƏİN ziyarətində İmam Əlinin (ə) hərəmində İslam dinini qəbul edən Serbistanlı keşiş Guran Arsiç də iştirak edib.   

Müsəlmanlığı təzə qəbul etmiş bu iki nəfər həmin mərasimdə evlənərək İslam dinində yeni həyata qədəm qoyublar.

"Ağ Zanbaqlar" xeyriyyə fondunun rəisi Höccətul-İslam vəl-müslimin Mustafa Kamali mərasimdə iştirak edənlərə İslam dinində evlənməyin və ailənin dəyərləri barədə söhbət edib.

http://iqna.ir/fa/news/3787740  

بانوی صربستانی مسلمان شد+عکس

captcha