IQNA

Rusiya "İslam sülh və rəhmət dini" konfransına evsahibliyi edəcək

22:21 - February 12, 2019
Xəbər sayı: 3484676
"İslam, rəhmət və sülh mesajı" konfransı cari ilin Mart ayının 28-dən 30-dək Rusiyanın paytaxtı Moskva şəhərində və Çeçenistan cümhuriyyətinin paytaxtı Qroznı şəhərində keçiriləcək.

Rusiya İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Rusiyanın Moskva və Qroznı şəhərləri "İslam, rəhmət və sülh mesajı" konfrnasına evsahibliyi edəcəklər.

"İslam, rəhmət və sülh mesajı" konfransı cari ilin Mart ayının 28-dən 30-dək Rusiyanın paytaxtı Moskva şəhərində və Çeçenistan cümhuriyyətinin paytaxtı Qroznı şəhərində keçiriləcək.

Çeçenistanın Müsəlmanların Dini İşləri İdarəsinin təşəbbüsü, Rusiya prezidenti Vladimir Putinin dəstəyi, İslam Dünyası Birliyi, İslami təlim, mədəniyyət və elm fondu, Moskvanın Şərqşünaslıq institutu və Çeçenistanın "Əhməd Hacı Qədirov" sosial fondunun həmkarlığı ilə Baharın ilk günlərində keçiriləcək.

Çeçenistanın müftisinin müavini Turku Dadov bildirib ki, konfransın keçirilməsinin zaman və məkanını Çeçenistanın müftisi Səlahuddin Mejyev və İslam Dünyası Birliyinin baş katibi Məhəmməd Əbdülkərim İsa təyin ediblər.

Rusiyanın və digər ölkələrin dini, elmi, siyasi və mədəni şəxsiyyətlərinin iştirakı ilə keçiriləcək bu konfransda "İslamda telorantlığın əsasları", "Rusiya müsəlmanları və sabit cəmiyyət", "Terrorizm və radikalizm" və "Müsəlmanlar və mədəni davranış" kimi mövzular müzakirə ediləcəkdir.  

http://iqna.ir/fa/news/3789375

captcha