IQNA

Talibana qarşsı sanksiyaların ləğv edilməsinin vaxtıdır

22:44 - February 12, 2019
Xəbər sayı: 3484678
Rusiyanın Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov bu gün keçirdiyi mətbuat konfransında deyib: Talibana qarşı həyata keçirilmiş beynəlxalq sanksiyaların qaldırılmasının vaxtı çatıb.

Talibana qarşsı sanksiyaların ləğv edilməsinin vaxtıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Rusiyanın Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov bu gün (12 Fevral 2019) keçirdiyi mətbuat konfransında deyib: Talibana qarşı həyata keçirilmiş beynəlxalq sanksiyaların qaldırılmasının vaxtı çatıb.

Zamir Kabulov əlavə edib: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Təhlükəsizlik Şurasının (TŞ), xüsusi ilə də daimi üzvlərin bu məsələ ilə razılaşdığı halda Moskva bu sanksiyaların aradan qaldırılmasına hazırdır.

Kabulov deyib: Bundan öncə də Taliban təşkilatının terrorçuluq siyahısından çıxarılması barədə söhbət olmuşdu. Bu məsələ yavaş-yavaş və Talibanın milli sülhün həyata keçirilməsində atdığı aydın addımlara cavab olaraq baş verməlidir.

http://iqna.ir/fa/news/3789648  

Teqlər: iqna ، taliban ، Əfqanistan
captcha