İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərkük şəhər universitetində ilk dəfə radikalist düşüncələrin araşdırılması və mübarizə yolları mövzusunda seminar keçiriləcək.
Bu seminar Nəhl surəsinin 125-ci ayəsini rəhbər tutaraq "gözəl mücadilə et" şüarı və ölkədə sülhün və təhlükəsizliyin yaxşılaşdırılması hədəfi ilə Fevral ayının 18-də keçiriləcək.
Seminarda radikalizmin və radikalist düşüncənin yaranması səbəbləri araşdırılacaq, radikalizmlə mübarizə yolları müzakirə ediləcək və cəmiyyətdə müxtəlif dinlərin davamçılarının tolerant və sülh şəraitində yaşaması və insani dəyərlərin güclədirilməsi üçün zəmin yaradan məsələlər açıqlanacaqdır.
Bu seminar Kərkük universitetinin təşəbbüsü, İraqın Əhli-Sünnə məzhəbinin fondlar idarəsi, Radikalizm və ifratçılıqlar mübarizə konqresinin katibliyi, İraq Alimlər Birliyi, Kərkük Etidal Alimləri Birliyi və İran İslam Respublikasının İslami Məzhəblərin Yaxınlaşması Beynəxalq Təşkilatının həmkarlığı ilə keçirilir.