IQNA- Beynəlxalq Quran Xəbər Agentliyi "maide.az" İslam maarifi informasiya portalına istinadla xəbər verir ki, ilk dəfədir ABŞ-da vəkil üçün ən yüksək məqam hesab olunan bu vəzifəyə Hamud adlı müsəlman vəkil qadın təyin olunur.
Müsəlman xanım vəkilin andiçmə mərasimində onun ailə üzvləri və dostları çıxış edib.
Hamud 33 yaşlıdır və 11 yaşından ABŞ-da yaşayır. O Livandan ABŞ-a mühacirət edib.