IQNA

Türkiyə və İran arasında dini həmkarlıqlar genişlənir

23:23 - February 13, 2019
Xəbər sayı: 3484687
İran İslam Respublikasının İstambuldakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Kuruş Müqtədiri və İranın baş konsulu Bəxtiyar Əsədzadə İstambulun baş müftisi ilə görüşüblər.

Türkiyə və İran arasında dini həmkarlıqlar genişlənirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə,  İran İslam Respublikasının İstambuldakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Kuruş Müqtədiri və İranın baş konsulu Bəxtiyar Əsədzadə İstambulun baş müftisi ilə görüşüblər.

İstambulun baş müftisi Həsən Kamil Yılmaz və onun beynəlxalq əlaqələr üzrə müavini Canər Akdəmir İran İslam Respublikasının konsulluğunda keçirdikləri görüşdə iki ölkənin mədəni və dini əlaqələri barədə söhbət ediblər.

Görüşdə tərəflər hər iki ölkənin müştərək tarixi, milli, dini və mədəni dəyərlərindən danışıblar. Bu müştərək dəyərlərin iki ölkənin əlaqələrini yüksək səviyyədə saxlamasında rolunu müsbət qiymətləndiriblər.

İran İslam Respublikasının baş konsulu iki ölkə arasında dini və mədəni əlaqələrin davam və inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb və Türkiyə Diyanət İşləri Təşkilatı rəisi Əli Ərbaşın İrana etdiyi son səfəri bu istiqamətdə atılmış faydalı addım hesab edib.

İstambulun baş müftisi İran və Türkiyə arasındakı münasibətlərin qədimiliyinə işarə edərək deyib: Türkiyə və İran xalqları arasındakı dostluq və sevgi telləri çox qədimə qayıdır. Türklər İslam dinini iranlılardan öyrəniblər. Buna görə də bizim dini və mədəni dilimizdə Fars dilində keçmə söz və terminlər çoxdur. Ərəb dili İslam dininin əsas dilidir, sonrakı yerləri isə Fars və Türk dili bölüşür.

http://iqna.ir/fa/news/3789906  

Teqlər: iqna ، türkiyə ، müfti ، İstambul
captcha