IQNA

Belarusiya muzeyində Müqəddəs Kilsə Mədəniyyəti sərgisi

11:41 - February 14, 2019
Xəbər sayı: 3484691
Bu sərgi Belarusiyanın milli tarix muzeyi ilə Minsk və Mogilyov şəhərlərinin baş yepiskopları arasında imzalanmış həmkarlıq müqaviləsinə əsasən keçirilir.

Belarusiya muzeyində Müqəddəs Kilsə Mədəniyyəti sərgisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Belarusiyadakı Mədəniyyət Əlaqələri İdarəsinə istinadla verdiyi xəbərə görə, Belarusiyanın milli tarix muzeyində "Katolik Kilsəsinin Müqəddəs Mədəniyyəti" sərgisi keçiriləcək.

Bu sərgi Fevral ayının 14-də başlayacaq və Martın ayının 30-dək davam edəcəkdir.

Bu sərgi Belarusiyanın milli tarix muzeyi ilə Minsk və Mogilyov şəhərlərinin baş yepiskopları arasında imzalanmış həmkarlıq müqaviləsinə əsasən keçirilir.

Sərgi Katolik Kilsəsinin Belarusiyadakı əsas sünnətləri, adət və ənənələri və dini bayramlarını nümayiş etmək hədəfi ilə təşkil edilmişdir.   

http://iqna.ir/fa/news/3789978

Teqlər: iqna ، belarusiya ، sərgi ، kilsə ، katolik
captcha