IQNA

ABŞ məscidlərinin imamları Çin müsəlmanlarına dəstək oldular

9:03 - February 18, 2019
Xəbər sayı: 3484708
Amerika müsəlman cəmiyyətinin dini rəhbərləri və məscidlərinin camaat imamları bəyaniyyə imzalayaraq Çində hüquqları pozulan müsəlmanlara dəstək kampaniyası keçirirlər.

ABŞ məscidlərinin imamları Çin müsəlmanlarına dəstək oldularİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika məscidlərinin camaat imamları bəyaniyyə imzalayaraq Çində hüquqları pozulan müsəlmanlara dəstək kampaniyası keçirdilər.

Kampaniyada iştirak edən 130 nəfər məscid imamı və xətibi Çin dövlətinin 3 milyon müsəlmanının hüquqlarını kobud şəkildə pozmasına etirazlarını bildiriblər.

Amerika müsəlman cəmiyyətinin din alimləri, məscid imamları dini rəhbərləri Çinin Sincan əyalətində yaşayan Uyğur türklərindən ibarət müsəlmanların dövlət orqanları tərəfindən əziyyət edilməsini pisləyiblər. Onlar Çinin dövlət rəsmilərindən tələb ediblər ki, Şərqi Türküstanda yaşayan Uyğur, Qazax, Qırğız və Özbəklərdən ibarət olan müsəlman azlıqları qanunsuz həbsdə saxlamasınlar və azad etsinlər.

ABŞ müsəlman cəmiyyətinin dini rəhbərləri bəyaniyyədə tələb ediblər: "Çin dövlətindən tələb edirik ki, uyğur müsəlmanları həbsdən azad etsinlər, uşaqları ailələrinə qaytarsınlar, müsəlmanların dini azadlıq hüquqlarını bərpa etsinlər. Digər dinlərin ardıcıllarından da istəyirik ki, bu tələbimizi dəstəkləsinlər. Amerika xalqından da istəyimiz budur ki, müsəlman uyğurların məcburi işlədikləri düşərgələrdə istehsal edilən məhsulları almamaqla məsəlmanları himayə etsinlər.  

Bəyaniyyədə Amerika cameəsindən istənilib ki, 2019-cu ilin Aprel ayının 6-da Vaşinqtonda uyğur müsəlmanlar ilə həmrəylik hədəfi ilə keçiriləcək aksiyada iştirak etsinlər.

http://iqna.ir/fa/news/3790729

captcha