IQNA

Yaponiyada müsəlman turistlər üçün bələdçi xəritə hazırlanıb

10:36 - February 19, 2019
Xəbər sayı: 3484717
Bu xəritə 7 min tirajla çap və nəşr edilib. Xəritədə müsəlman turistlərə hansı yeməkxana, restoran və hotellərdə İslam şəriətinə uyğun xidmətlərin göstərildiyi barədə məlumat verilib.

Yaponiyada müsəlman turistlər üçün bələdçi xəritə hazırlanıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yaponiyanın "Tobu Railway" dəmir yolu şirkəti müsəlman turistlər üçün bələdçi xəritə çap edib.

Bu xəritə 7 min tirajla çap və nəşr edilib. Xəritədə müsəlman turistlərə hansı yeməkxana, restoran və hotellərdə İslam şəriətinə uyğun xidmətlərin göstərildiyi barədə məlumat verilib.

Müsəlman turistin bələdçi xəritəsini dəmir yol dayanacaqlarında və dəmir yol şirkətinin saytından əldə etmək olar.

Yaponiyanın Tobu şəhərinin 2017-ci ildə 1500 nəfər müsəlman turist tərəfindən ziyarət edilməsi səbəb olub ki, şəhərdə müsəlmanların mədəniyyətinə və dini ayinlərinə uyğun restoran və mağazalar təsir edilsin.  

Şəhərin 140 illik Kavagoe Kusuşi restoranı müsəlman turistlər üçün namazxana, səccadə, qiblənüma və su ilə təchiz edilmiş otaqlar hazırlayıb.  

http://iqna.ir/fa/news/3791234

 

 

captcha