IQNA

Port-Səiddə 2-ci beynəlxalq Quran yarışları keçiriləcək

23:56 - February 27, 2019
Xəbər sayı: 3484768
Misrin Port-Səid əyalətində 2-ci beynəlxalq Qurani-Kərimin hifzi və Dini İbtihal mövzusunda yarışlar keçiriləcək. Bu yarışlarda 29 Ərəb və Afrika ölkəsindən 55 nəfər iştirak edəcək.

Port-Səiddə 2-ci beynəlxalq Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misrin Port-Səid əyalətində 2-ci beynəlxalq Qurani-Kərimin hifzi və Dini İbtihal mövzusunda yarışlar keçiriləcək.

Misrin Port-Səid əyalətində 2-ci beynəlxalq Qurani-Kərimin hifzi və Dini İbtihal mövzusunda yarışlar cari həftənin Cümə günü, 1 Mart 2019-cu il tarixində başlayacaq.

"Şeyx Əbdülbasit Əbdüssəməd" adına keçirilən bu yarışlar gələn həftənin ikinci gününədək (5 Mart 2019) davam edəcəkdir.

Bu yarışlara 29 Afrika və Ərəb ölkəsi qatılacaqdır. Yarışlarda 29 ölkədən 55 nəfər Qurani-Kərimin hifzi, avazı və dini ibtihal (nəğməli münacat) iştirak edəcəklər.  

Yarışlar Port-Səid əyalətinin qubernatoru Adil Əzbanın dəstəyi və Misrin baş naziri Mustafa Mədbulinin nəzarəti ilə keçirilir. Hakimlər heyəti Misr, BƏƏ, Sudan və Mərakeşin peşəkar Quran ustadlarıdır. Hakimlər heyətinə Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının Quranın çapına nəzarət komitəsinin rəisi Əbdülkərim Saleh rəhbərlik edir.   

http://iqna.ir/fa/news/3794051

captcha