IQNA

23:39 - March 01, 2019
Xəbər sayı: 3484775
BMT-nin hesabatına görə, 2017-ci ildə başlayan müsəlman qətliamı nəticəsində minlərlə insan öldürülüb və çoxu qadın və uşaqlar olan 750 insan Myanmadan qaçaraq Banqladeşə sığınıblar.

Ruhingiyalı müsəlman qaçqınların vəziyyəti çox pisdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Myanma hadisələrinə görə Banqladeşə ezam edilmiş xüsusi nümayəndəsi Banqladeşdə qaçqın düşərgəsində yaşayan müsəlmanların məişət durumunun çox acınacaqlı və çətin olduğunu elan edib.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Myanma hadisələrinə görə Banqladeşə ezam edilmiş xüsusi nümayəndəsi "Christine Schraner Burgener" vurğulayıb: Banqladeşin Kakasbazar qaçqın sığınacaqlarında qalan ruhingiyalı didərginlərin vəziyyətinin yaxşılaşması üçün ümid işığı görsənməir.

Onun hazırladığı hesabatda deyilir: Myanmanın Raxin əyalətində başlayan qarşıdurmalardan 18 ay keçib. Bu hadisə zamanı yüzminlərlə ruhingiyalı müsəlman öz yurd-yuvasından qaçqın düşüb. Baxmayaraq ki, Banqladeş cəmiyyəti qaçqınlara qarşı mehribandırlar, amma bu ağır vəziyyətlə onlar çox davam gətirə bilməzlər. Buna görə də BMT (Beynəlxalq Millətlər Təşkilatı)  qaçqınları himayə məqsədilə başladığı layihəyə təcili büdcə ayırmalıdır. Habelə Myanmadakı qarşıdurmalar təcili dayanmalı, qaçqınlarla görüşmək asanlaşmalı və hadisənin əsas səbəbləri araşdırılmalıdır.

Qeyd edək ki, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  hesabatına görə, 2017-ci ildə başlayan müsəlman qətliamı nəticəsində minlərlə insan öldürülüb, evlər yandırılıb və çoxu qadın və uşaqlar olan 750 insan Myanmadan qaçaraq Banqladeşə sığınıblar.

http://iqna.ir/fa/news/3794288  

Ad:
E-poçt:
* Comment: