İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İƏT-nın (İslami Əməkdaşlıq Təşkilatı) Xarici İşlər Nazirlərinin BƏƏ-nin Əbu Zəbi şəhərində keçirilən 49-cu konfransının fəxri qonağı Suşma Svaraj (Sushma Swaraj) çıxışında Quran ayələrinə istinad edərək İslam dininin sülh dini olduğunu vurğuladı və terrorizmlə mübarizənin hansısa bir din ilə mübarizə olmadığını deyib.
Hindistanın xarici işlər naziri Suşma Svaraj (Sushma Swaraj) çıxışının davamında deyib: Terrorizm dini dəyərlərin təhrifi, tərsinə yozumu və azğın inancların nəticəsidir.
Xanım Suşma Svaraj Qurani-Kərimin Bəqərə surəsinin 256-cı (dində məcburiyyət yoxru) və Hücürat surəsinin 13-cü (insanlar bir ata-anadan yaranıblar) ayələrinə işarə edərək vurğulayıb: İslam sözünün lüğəvi mənası da sülhdür. Allahın 99 gözəl adlarının heç birində zorakılıq və qəddarlıq mənası yoxdur. Təkcə İslam dini deyil, həm də bütün dinlər sülhün, xeyirxahlığın və qardaşlığın tərəfdarıdır.
Hindistanın xarici işlər naziri Hinduzimin dini qaynaqlarına istinadən əlavə edib: Allah hər şeydən öncə nuru yaradıb. Daha sonra öz qüdrəti ilə bütün varlıqları xəlq edib. Həmin vahid nurdan bütün aləm yaranıb. Nəticədə Allah hamı üçün birdir, amma alimlər onu müxtəlif cür vəsf ediblər.
http://iqna.ir/fa/news/3794449