IQNA

19:28 - March 22, 2019
Xəbər sayı: 3484876
Rəcəb, Şəban və Ramazan aylarına məxsus zikrlərə israrlı, iltizamlı olun. Məxsusən, “Yunisiyyə” zikrini davamlı şəkildə yerinə yetirin. Bu zikri səcdədə beş yüz dəfədən min dəfəyə qədər deyin.

Ayətullah Qazı Təbatəbayinin Rəcəb əhlinə tövsiyələriİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Bildiyiniz kimi, fəzillətli ayladan biri də mübarək Rəcəb ayıdır. Onun fəzilət və əzəməti ilə bağlı rəvayətlərin sayı bəs qədərdir. İslam alimləri, mərcəi-təqlidlər, müctəhidlər və böyük şəxsiyyətlər də bu ayın ehtiramı, fəziləti və əməlləri ilə əlaqədar tövsiyələri olmuşdur ki, biz burada Ayətullah əl-üzma Qazı Təbatəbayinin tövsiylərini nəzərdən keçirməyi məqsədəuyğun gördük.

Allah-Taaladan istəyirik ki, bizə həmin tövsiyələrə əməl etmək tofiqatını nəsib etsin. Ayətullah əl-üzma Qazı Təbatəbayi Rəcəb ayı, eləcə də Şəban və Ramazan ayları daxil olduqda, öz şagirdlərinə belə tövsiyə edərdi:

1. Nafilələri ilə birlikdə əlli bir rükətdən (17 rükət vacib, 34 rükət müstəhəb namazdan) ibarət olan gündəlik vacib namazlarınızı vaxtlı-vaxtında qılın. Əgər gündəlik dünya məşğələlərinə görə, 34 rükət nafilə namazının hamısını qılmağa müvəffəq ola bilməsəniz, heç olmasa, zöhr və əsr namazlarının nafilələrini qılmağı tərk etməyin.

2. Gecə namazına xüsusi vaxt ayırın və bilin ki, möminlər, ariflər, saliklər – Haqq yolunun yolçularının nəzərində bu namaz mühüm və vacib əməllərdəndir. Bu yola qədəm qoymaq istəyənlər onu qılmaqdan başqa yolu yoxdur. Kamillik mərtəbələrini qəsd və qət etmək, bu istiqamətdə zirvələrə yüksəlmək istəyən, amma gecə ibadətləri, münacatları, məxsusən də gecə namazını qılmayanlara təəccüb edirəm! Biz görmədik ki, kimsə gecə namazı qılmadan kamillik mərtəbələrini fəth edə bilsin.

3. Hər gecə Quran tilavət etməyi yaddan çıxarmayın. Bu əməl insanın Allaha doğru seyr və hərəkətini sürətləndirir. Quranla zənginləşmək insanı Allaha daha da yaxın edir. Elə isə, bacardığınız qədər, məxsusən, gecələr, mümkün olmadıqda isə, günün digər vaxtlarında, heç olmasa, bir cüz Quran oxuyun ki, Quran qiraəti möminlərin içkisidir.

4. Bu aylara məxsus zikrlərə israrlı, iltizamlı olun. Məxsusən, “Yunisiyyə” zikrini davamlı şəkildə yerinə yetirin. (Səcdədə لا إلهَ إلا أنتَ سُبحانکَ إنی کُنْتُ مِن الظالمین (Lə iləhə illə əntə, subhanəkə inni kuntu minəz-zalimin) – cikrini 500-dən 1000-ə qədər deyin.)

5. Məsumlarımızın pak türbələrini (məxsusən, İmam Əlinin (ə) türbəsini), Məscidul-Həramı, Məscidun-Nəbini, Kufə məscidini, Səhlə məscidini, habelə digər məscidləri imkan daxilində ziyarət edin, çalışın ki, namazlarınızı məsciddə qılın. Çünki mömin məsciddə ikən dəryada üzən balığa bənzəyir!

6. Gündəlik vacib namazlardan sonra Xanım Fatimeyi-Zəhranın (s.ə) təsbihatını tərk etməyin. Çünki bu təsbihat (34 dəfə “Əllahu-əkbər”, 33 dəfə “Əl-həmdu lillah” və 33 dəfə “Subhanəllah” demək) “böyük zikr” qisminə daxildir.

7. Allah yolunun yolçusunun mühüm vəzifələrindən biri də hər gün, hər zaman, xüsusilə də “Vitr” namazında “Fərəc” duasını oxumaq, İmam Zamanın (ə.c) salamatlığı və zühurunun tezləşməsi üçün dua etməkdir.

8. Mühüm vəzifələrdən biri də cümə günləri “Camieyi-kəbirə” adı ilə məşhur ziyarəti oxumaqdır.

9. Xeyirxah qardaşlarınızın ziyarəti və görüşünə tələsin. Onlar doğrudan da qardaşlığa layiqdirlər və heç vaxt öz qardaşları və dostlarını unutmurlar, çətinliklər zamanı əllərindən tuturlar.

10. Həftədə bir dəfə qəbiristan əhlini ziyarət edin. (tasnim)

Maide.az – Maarif bölümü

Ad:
E-poçt:
* Comment: