IQNA

Nəsrullah: ‘Ərəb dövlətlərində şərəf, vicdan və hörmət varsa...’

13:05 - March 27, 2019
Xəbər sayı: 3484897
"Ərəb dövlətlərində şərəf, vicdan və hörmət varsa, Tunisdə keçiriləcək Ərəb Birliyi Sammitində 2002-ci ildə başladılan İsraillə sülh təşəbbüsünü ləğv etməlidirlər və sıfır nöqtəsinə qayıtmalıdırlar". 

Nəsrullah: ‘Ərəb dövlətlərində şərəf, vicdan və hörmət varsa...’İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, Livanın İslami müqavimət hərəkatının lideri ("Hizbullah") Seyid Həsən Nəsrullah ABŞ Prezidenti Donald Trampın Suriyanın Colan Təpələrini İsrail rejiminin ərazisi kimi tanımasına münasibət bildirib.   

Maide.Az "Eastnews"a istinadla xəbər verir ki, Seyid Həsən Nəsrullah Tunisdə davam edən Ərəb Birliyi sammitinə səslənərək, bu ölkələrin Ərəb Sülh Təşəbbüsündən çəkilməyə çağırıb: 

"Ərəb dövlətlərində şərəf, vicdan və hörmət varsa, Tunisdə keçiriləcək Ərəb Birliyi Sammitində 2002-ci ildə başladılan İsraillə sülh təşəbbüsünü ləğv etməlidirlər və sıfır nöqtəsinə qayıtmalıdırlar". 

Nəsrullah qeyd edib ki, Colan Təpələrindən sonra hər hansı bir gün və saatda Tramp ortaya çıxacaq və İordan çayının qərb sahilində İsrailin suverenliyini tanıyacaq.   

Seyid Həsən Nəsrullah Colan Təpələrinin işğalına qarşı ABŞ və İsrailə qarşı müqavimət göstərməyə çağırıb. 

captcha