İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Beyt-Ləhim şəhərində fələstinli bir cavan aldığı güllə yaralarının ağırlığından şəhid olub.
Bu gün, həftənin üçüncü günü, 27 Mart 2019-cu il, işğalçı sionist silahlıları İordaniya çayının qərb sahillərində yerləşən Beyt-Ləhimdə Düheyşə sığınacağı yaxınlığında sivil vətəndaşları gülləyə tutublar. Bu hücum nəticəsində fələstinli bir cavan aldığı yaradan şəhid olub.
Sacid Müzəhhər adlı bu 17 yaşlı cavan bu regionda könüllü fəaliyyət göstərən tibbi yardım qüvvələrindən idi.
Xəbər qaynaqlarının verdiyi məlumata görə, sionist qüvvələrinin hücumu zamanı bir neçə fələstinli yaralanıb.