IQNA

Qəzzanın şərqində daha bir fələstinli cavan şəhid edildi

0:14 - March 31, 2019
Xəbər sayı: 3484911
Qəzzanın şərqində daha bir fələstinli cavan işğalçı sionist israil rejiminin silahlı muzdurları tərəfindən edilən hücumlar nəticəsində şəhid olub.

Qəzzanın şərqində daha bir fələstinli cavan şəhid edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qəzzanın şərqində daha bir fələstinli cavan işğalçı sionist israil rejiminin silahlı muzdurları tərəfindən edilən hücumlar nəticəsində şəhid olub.

Əlcəzayir radiosunun bu barədə yaydığı məlumata görə, Əlcəzayir səhiyyə nazirliyi bəyaniyyə yayaraq elan edib: Fələstinli 20 yaşlı cavan Məhəmməd Cihad Səəd dünən, həftənin Şənbə günü, 30 Mart 2019-cu il, sionist rejiminin Qəzzaya ardıcıl hücumları nəticəsində həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, bu cavan başından yaralanaraq Qəzzanın Şəfa xəstəxanasında yerləşdirilib və xəstəxanada vəfat edib.

Qeyd edək ki, Cümə günü Qəzzanın şimalında Cibaliya rayonunda yerləşən əl-Büreyc düşərgəsində on fələstinli yaralanıb.     

http://iqna.ir/fa/news/3800389

Teqlər: iqna ، qəzza ، israil ، fələstin
captcha