IQNA

Qəzza sakinləri aksiyaları davam etdirir

19:33 - April 05, 2019
Xəbər sayı: 3484939
İşğalçı və terrorist İsrail rejiminin hərbi qüvvələri Binyamin Netanhayunun baş nazir olduğu dövrdə bir neçə dəfə Qəzzanı işğal etmək üçün müharibə başlatsa da həmişə əli ətəyindən uzun dala qayıdıb.

Qəzza sakinləri aksiyaları davam etdirirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin Qəzza zolağında yaşayan vətəndaşları yenidən şərq sahillərində aksiyalara hazırlaşırlar.

Onlar bu gün (Cümə, 5 Aprel 2019) keçirdikləri aksiyalarda fələstinli ərislərin hüquqlarını müdafiə ediblər.  

Qayıdış Yürüşləri aksiyalarının keçirilməsi komitəsi elan edib ki, Qəzzanın mühasirəsi sındırılana, "əsrin müqaviləsi" layihəsinin ləğvinə və xalqın istəyi həyata keçincəyə qədər aksiyalar Fələstin xalqının izdihamlı iştirakı ilə davam edəcək.

Qayıdış yürüşlərində iştirak edən xalq elan edib ki, heç vaxt və heç bir şəraitdə fələstinli əsirləri tək qoymayacaqlar.

Qeyd edək ki, bu gün sayca  53-cü qayıdış yürüşü keçirildi. İndiyədək bu yürüşlərdə 242 nəfər şəhid olub və minlərlə insan yaralanıb.

Digər bir məlumata görə isə dondarmaq və işğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyaho deyib ki, Qəzza zolağında digər bir müharibənin başladılması sonuncu çıxış yoludur. Silahlı qüvvələrin qarşısında digər yol var ikən müharibəyə başlamayacaq.

İsrail hərbi qüvvələri Binyamin Netanhayunun baş nazir olduğu dövrdə bir neçə dəfə Qəzzanı işğal etmək üçün müharibə başlatsa da həmişə əli ətəyindən uzun dala qayıdıb.

Misr və digər beynəlxalq tərəflər Qəzzada vəziyyəti sabitləşdirməyə çalışırlar. Son günlərdə az da olsa bir sıra irəliləyişlər də nəzərə çarpır.  

http://iqna.ir/fa/news/3800983

captcha