IQNA

18:42 - April 06, 2019
Xəbər sayı: 3484948
O həzrət buyurur: “Şəban ayı mənim ayım, Ramazan ayı isə Allahın ayıdır.” Odur ki, o həzrət bu ayı oruc tutar və buyurardı: “Hər kim mənim ayımda bir gün belə oruc tutsa, Cənnət ona vacib olar.”

Mübarək Şəban ayının fəzilətləriİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Aprel ayının 7-i mübarək Şəban ayı daxil olur. İslam Peyğəmbəri (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan hədislərdə Şəban ayının çox şərafətli və onun İslam Peyğəmbərinə (s) məxsus bir ay olduğu bildirilir. O həzrət buyurur: “Şəban ayı mənim ayım, Ramazan ayı isə Allahın ayıdır.” Odur ki, o həzrət bu ayı oruc tutar və buyurardı: “Hər kim mənim ayımda bir gün belə oruc tutsa, Cənnət ona vacib olar.”

İmam Sadiqdən (ə) nəql olunur ki, İmam Zeynəlabidin (ə) Şəban ayı səhabələrini ətrafına toplayıb buyurardı: “Ey mənim səhabələrim! Heç bilirsiniz ki, bu hansı aydır!? Şəban ayıdır. Peyğəmbər (s) buyurardı: “Şəban mənim ayımdır. Öz peyğəmbərinizə məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq məqsədilə bu ayda oruc tutun! Əli ibn Hüseynin canı əlində olan Allaha and olsun ki, atam Hüseyn ibn Əlinin (ə) Əmirəlmöminin Əlidən (ə) belə buyurduğunu eşitdim: “Hər kəs Peyğəmbərə (ə) məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq naminə bu ayda oruc tutarsa, Allah onu Özünə yaxın bilər, qiyamət günü Öz kəramətindən ona bəxş edər və Cənnəti ona vacib bilər.”

Kəfəmi, Səfvan Cəmmaldan nəqlən yazır ki, İmam Sadiq (ə) ona belə buyurdu: “Öz ətrafında olan şəxsləri Şəban ayının orucuna dəvət edin!” Dedim: “Canım sənə fəda olsun, Şəban ayının orucunun fəziləti nədir?” Buyurdu: “Fəziləti çoxdur. Peyğəmbər (ə) Şəban ayı daxil olduqda, carçıya Mədinədə belə nida etməyi əmr edərdi: “Ey Mədinə əhli, mən Allahın sizə göndərilən elçisiyəm. Agah olun ki, Şəban mənim ayımdır. Allah rəhmət etsin mənə bu ayda kömək edənlərə, yəni bu ayda oruc tutanlara!”

Peyğəmbərdən (s) nəql olunan bir hədisdə buyurulur ki, hər kəs Şəban ayının birinci günü və cümə axşamı oruc tutarsa, Allah-Taala onun iyirmi dünya və iyirmi axirət hacətini rəva edər.

İmam Sadiq (ə) Əmirəlmöminin Əlinin (ə) belə buyurduğunu nəql edir: “Mən Şəban ayının orucunu Peyğəmbərin (ə) carçısını eşidəndən bəri tərk etməmişəm və ölənə qədər də tərk etməyəcəyəm.” Sonra buyurur: “Bu iki ayın – Şəban və Ramazan aylarının orucu Allah tərəfindən məğfirət və tövbədir.”

Seyid ibn Tavus İslam Peyğəmbərindən (s) bu ay‎ın üç gününü oruc tutan və gecələrini də – hər rükətdə bir dəfə “Həmd” və on bir dəfə “İxlas” surələrini oxumaqla – iki rükət namaz q‎lan şəxs üçün çoxlu savab nəql etmidir.

İmam Əli (ə) Şəban ayının fəzilət və əməlləri ilə bağlı Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Şəban ayının birinci günü İblis öz qoşununu yer üzünə göndərər və onlara deyər ki, çal‎‏‎ışın Allah‎ın bəndələrini özünüzə tərəf çəkin. Digər tərəfdən, Allah-Taala da öz mələklərini yer üzünə göndərib onlara deyər ki, Mənim bəndələrimi qoruyun və onlara doğru yolu göstərin. Əgər onlar imtina və tuğyan etməsələr, xoşbəxt olacaqlar. Həqiqətən, Allah-Taala Şəban ay‎nının birinci günü Cənnət qapı‎lar‎ının açıq qalmasını əmr edər. “Tuba” ağac‎ına əmr edər ki, öz budaqlarını‎ bu dünyaya yaxı‎nlaşdırsın. Bu zaman Allahın carçısı nida edər: “Ey Allah‎ın bəndələri, bu Tuba ağac‎ının budaqlar‎ıdı‎r, onlardan yapışın ki, sizi cənnətə aparsın. Bu da “Zəqqum” ağacı‎n‎ın budaqlar‎ıdır ki, ondan uzaq olun, yoxsa sizi cəhənnəmə aparar.”

Allah‎n Rəsulu (s) əlavə edərək buyurdu: “Məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, hər kəs Şəban ayının birinci günü xeyir qapılarından birini döysə (bir xeyir iş görsə), “Tuba” ağac‎ının budaqlar‎ından birindən yapışmağa müvəffəq olar. Ondan yapışın ki, sizi Cənnətə aparsın. Amma hər kəs həmin günü şər qapılarından birini döysə (bir şər və çirkin iş görsə), həqiqətən, “Zəqqum” ağac‎ının budaqları‎ndan as‎ılar ki, onu Cəhənnəmə çəkib apar‎ar. Həmçinin hər kəs həmin gün bir müstəhəb namaz qı‎lsa, “Tuba” ağacının bir budağ‎ından tutmuş olar; oruc tutmaq, ər-arvad, övlad-valideyn, qohum-əqrəba və qonşuluq münasibətlərini möhkəmlətmək, borcun qaytarılması,... yetimə qayğı, bir möminin abır-həyasını qorumaq, Quran oxumaq (bir ayə belə), Allahı‎ yad etmək, Onun nemətlərinə şükür etmək, xəstəyə baş çəkmək, ata-anaya ehtiram, narahat etdiyin şəxsi sevindirmək, dəfn mərasimlərində iştirak etmək, müsibətə düçar olmuş şəxsə başsağlığı‎‎ vermək və digər xeyirxah işlərin hər biri “Tuba ağacı‎nın bir budağ‎ından yapışmaq deməkdir... Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, “Tuba” ağac‎ından yapışanlar Cənnətə gedəcəklər.”

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəban ayının fəzilət və əməlləri” bölümü.)

Tərcümə edən: Rza Şükürlü (Maide.az)

Teqlər: rəcəb ، şəban ، ramazan ، oruc ، namaz ، savab ، hədis
Ad:
E-poçt:
* Comment: