IQNA

23:01 - April 09, 2019
Xəbər sayı: 3484965
İran İslam Respublikasının Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə keçirilək 36-cı Beynəlxalq Qurani-Kərim yarışlarında Hindistanı iki nəfər Quran hafizi və qarisi təmsil edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə keçirilək 36-cı Beynəlxalq Qurani-Kərim yarışlarında Hindistanı iki nəfər Quran hafizi və qarisi təmsil edəcək.

Bu iki nəfər Vəhdət Həftəsi münasibəti ilə Hindistanda keçirilən 19-cu Milli Qurani-Kərim yarışlarında birinci yeri qazanıblar.

Kəlkətə şəhərindən Məhəmməd Əkrəm Qurani-Kərimin hifzi və Maharaştra əyalətindən Cabir Əhməd Qurani-Kərimin qiraəti üzrə İran İslam Respublikasının 36-cı beynəlxalq Quran yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, İran İslam Respublikasının 36-cı beynəlxalq Quran yarışlarında iştirak edənlər seçim mərhələsini öz ölkələrində keçiriblər. Aprel ayının 10-dan 14-dək isə Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçiriləcək yarımfinal mərhələsində iştirak edəcəklər.

İran İslam Respublikasının 36-cı beynəlxalq yarışlarının yarımfinal mərhələsinin yekun mərasimi Aprel ayının 14-də günün ikinci yarısında keçiriləcəkdir.    

http://iqna.ir/fa/news/3802127

Ad:
E-poçt:
* Comment: