IQNA

23:22 - April 09, 2019
Xəbər sayı: 3484966
Avropa Quran yarışları "Avropa Quran Fondu"nun (Quran Foundation Europe) təşəbbüsü ilə keçirilir. Bu fond Quranı hifzi təlimlərində iştirak edənləri maddi vəsaitlə təmin edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "eventbrite" saytına istinadla verdiyi xəbərə görə, Avropa Qurani-Kərimin hifzi yarışlarının final mərhələsi İngiltərənin Birmengam şəhərində keçiriləcək.

Avropanın Qurani-Kərimin hifzi üzrə final yarışları xanımlar və kişilər arasında keçirilir.

Bu yarışlarda iştirak edənlər 30, 25 və 15 yaşadək kateqoriyalara bölünüblər. 25-30 yaşlılar Quranın kamil hifzi, 15-25 yaşlılar Quranın 15 cüzünün hifzi (Kəhf surəsindən Nas surəsinədək) və 15 yaşınadək olanlar isə Qurani-Kərimin Mücadilə surəsindən Nas surəsindək surələrin hifzi üzrə yarışacaqlar.

Avropa Quran yarışları "Avropa Quran Fondu"nun (Quran Foundation Europe) təşəbbüsü ilə keçirilir. Bu fond Quranı hifzi təlimlərində iştirak edənləri maddi vəsaitlə təmin edir.

Avropa Quran yarışlarının yarımfinal mərhələsi Aprel ayının 20-də və final mərhələsi isə ayın 21-də Birmenqamın mərkəzi məscidində keçiriləcək.  

http://iqna.ir/fa/news/3801960

Teqlər: quran ، quran ، avropa ، quran yarışları
Ad:
E-poçt:
* Comment: