IQNA

23:43 - April 09, 2019
Xəbər sayı: 3484967
Yarışlarda İran İslam Respublikasını Qum şəhərindən 11 yaşlı Məhəmməd Yusif Dərvişi və Məşhəd şəhərindən Rza Gülşahi Quranın kamil hifzi və Həmidrza Müqəddəsi qiraət ixstisası üzrə təmsil edəcəklər.

Küveyt Mükafatı Quran yarışlarının açılış mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alraimedia.com" saytına istinadla verdiyi xəbərə görə, bu gün, həftənin ikinci günü, 9 Aprel 2019-cu il, "X Küveyt Mükafatı Beynəlxalq Qurani-Kərim Yarışları"nın açılış mərasimi keçirildi.

"X Küveyt Mükafatı Beynəlxalq Qurani-Kərim Yarışları" Qurani-Kərimin qiraət və təcvid ixtisasları üzrə keçirilir.

Açılış mərasimində iştirak edən Fəhəd Şölə (Küveytin İslami işlər və vəqflər naziri) çıxışında Qurani-Kərimin mənəvi məqamı və şəninə işarə edərək dedi: Küveyt dövləti bu yarışları ölkədəki sabitlik və təhlükəsizlik nemətinin şükranəsi olaraq təşkil edir.

Mərasimdə Küveytin İslami işlər və vəqflər naziri müavini də iştirak və çıxış edib. O, bu yarışlardakı yeniliklərdən danışaraq bildirib ki, yarışlara "yeniyetmə hafizlər" bölməsi də əlavə edilib.

O əlavə edib: Bu yarışlar çərçivəsində keçən yarışlarda ən yaxşı rütbələr qazanan Yəmən, Küveyt və Liviya ölkələrinin nümayəndələri mükafatlandırılacaq. Habelə bu yarışlarının 10-cu ildönümü münasibəti ilə yarışların poçt markasının açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, bu yarışlarda İran İslam Respublikasını Qum şəhərindən 11 yaşlı Məhəmməd Yusif Dərvişi və Məşhəd şəhərindən Rza Gülşahi Quranın kamil hifzi və Həmidrza Müqəddəsi peşəkar qiraət ixstisası üzrə təmsil edəcəklər.

Xatırladaq ki, bu yarışların 9-cu turunda 79 ölkədən 130 nəfər iştirak etmişdi.

Küvyet Mükafatı Beynəlxalq Quran Yarışlarının əsas hədəfi Ərəb xalqları və İslam ümmətini Quranın qiraətləri ilə tanış etmək, Quran hafizlərini Qiraət elmləri sahəsində araşdırmaya cəlb etmək, yaxşı qarilərin beynəlxalq səviyyədə tanınmasına şərait yaratmaq və qari və haifzələri Qurani-Kərimlə daha çox vaxt keçirməyə təşviq etmədkir.  

http://iqna.ir/fa/news/3802397 

Ad:
E-poçt:
* Comment: