IQNA

Çin dövləti Uyğur mədəniyyətini məhv etmək üçün məscidləri dağıdır

7:31 - April 10, 2019
Xəbər sayı: 3484968
Yerli əhali və məsulların bu barədə danışdıqlarına əsasən, dövlət məmurları bu barədə öncədən heç bir xəbərdarlıq etmədən və əsasən də həftənin bazar günləri məscidləri dağıdıb gedirlər.

Çin dövləti Uyğur mədəniyyətini məhv etmək üçün məscidləri dağıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "arabi21.com" informasiya portalına istinadla verdiyi xəbərə görə, Çin dövləti illərdir ki, müsəlman-türk Uyğur mədəniyyətini məhv etmək məqsədi ilə Sincan əyalətində müsəlmanların məscidlərini hədəfə almışdır.

Bu barədə "The Guardian" qəzeti ətraflı məlumat yazıb. Qəzetin Çin dövlətini "Dağıdıcı Dölvət" adlandıraraq yazır: Yerli məsulların verdiyi məlumata görə, Çin dövləti 2017-ci ildə müsəlmanların 800 məscidindən 200-dən çoxunu dağıdıb. 2018-ci ildə isə yerdə qalan 500 məscidi dağıdaraq müsəlmanların ibadət ocaqlarını məvh edib.

Yerli əhali və məsulların bu barədə danışdıqlarına əsasən, dövlət məmurları bu barədə öncədən heç bir xəbərdarlıq etmədən və əsasən də həftənin bazar günləri məscidləri dağıdıb gedirlər.

Əlbəttə Çin dövləti təkcə məscidləri hədəfə almayıb. Dövlət həm də müsəlmanların yaşadıqları şəhərlərdə yenidənqurma işləri apararaq şəhərləri yenidən dizayn edərək müsəlman mədəniyyəti və müsəlman memarlığı əlaməti olan hər şeyi məhv edir.

Çin dövləti müsəlmanların tarixi və mədəni keçmişini məhv edərək Uyğur türk müsəlmanlarını bütpərəst çinlilərin içində əritmək istəyir. Sincan əyalətində bütün dini fəaliyyətlər qadağan edilib. İnsanlar müxtəlif vasitələrlə təftiş edilirlər. Onlar radikalizm üçün təəccüblü meyarlar qoyublar: siqaret çəkməmək, içki içməmək, televizora baxmamaq və xarici vətəndaşlarla hər bir əlaqə.   

http://iqna.ir/fa/news/3802414/

captcha