IQNA

İran Qətər Quran yarışlarının əsas mərhələsinə vəsiqə qazandı

8:11 - April 10, 2019
Xəbər sayı: 3484970
Qətərin "Katara Mükafatı Beynəlxalq Qurani-Kərim Yarışları"nın 3-cü turunun əsas mərhələsində İran İslam Respublikasını Quranın qiraəti ixtisası üzrə Seyid Casim Musəvi və Hamid Xudabəxşi təmsil edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "kataraquran.com" saytına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının nümayəndələri Qətərin "Katara Mükafatı Beynəlxalq Qurani-Kərim Yarışları"nın 3-cü turunun əsas mərhələsinə vəsiqə qazanıblar.

Qətərin "Katara Mükafatı Beynəlxalq Qurani-Kərim Yarışları"nın 3-cü turunda İran İslam Respublikasını Seyid Casim Musəvi və Hamid Xudabəxşi təmsil edəcəklər.

Qətərin "Katara Mədəniyyət Müəssisəsi" seçim mərhələsini uğurla başa vuraraq "Katara Mükafatı Beynəlxalq Qurani-Kərim Yarışları"nın 3-cü turuna vəsiqə qazanan 100 nəfərin adını elan edib. Onların arasında iranlı qarilərin də adı var.

"Katara Mədəniyyət Müəssisəsi"nin məlumatına görə, Qətərin "Katara Mükafatı Beynəlxalq Qurani-Kərim Yarışları"nın 3-cü turunun seçim mərhələsində 1700 nəfər iştirak edib. Onların arasından Almaniya, İran İslam Respublikası, Fransa, Misr, Əlcəzayir, Mərakeş, İraq, Suriya, Liviya, Yəmən, Hollandiya və Banqladeşdən olan 100 nəfər yarışların əsas mərhələsinə vəsiqə qazanıb.  

"Quranı xoş səslə zinətləndirin" devizi ilə keçirilən bu yarışlarda dünyanın 11 Ərəb ölkəsi və 19 qeyri-Ərəb ölkəsindən nümayəndə iştirak edir.

Bu yarışlar təkcə kişilər üçündür və iştirakçıların yaşı 18-dən aşağı olmamalıdır. Habelə iştirakçılar Quranın təcvid qaydalarına tam şəkildə agah olmalıd və həmçinin məscid imamı, din elmləri və Ərəb dilləri müəllimlərindən olmamalıdırlar.  

http://iqna.ir/fa/news/3802133

captcha