IQNA

9:08 - April 10, 2019
Xəbər sayı: 3484972
Səudiyyə Ərəbistanın Mədinə şəhərində keçirilən kitab sərgisində BƏƏ-nin Beynəlxalq Dubay Mükafatı Müəssisəsinin Qurani-Kərim mövzusunda nəşrləri nümayiş olunub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "gate.ahram.org" istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Mədinə şəhərində keçirilən kitab sərgisində BƏƏ-nin Beynəlxalq Dubay Mükafatı Müəssisəsinin Qurani-Kərim mövzusunda nəşrləri nümayiş olunub.

Bu sərgidə Qurani-Kərim və Peyğəmbər (s) sünnəsi araşdırmaları sahəsində yeni yeddi kitabın təqdimatı mərasimi keçirilib.

Dubay hakiminin mədəni işlər üzrə müavini və Dubay Mükafatı Quran Yarışlarının keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlhə deyib: Tələbə və araşdırmaçıları Beynəlxalq Dubay Mükafatı Müəssisəsinin Qurani-Kərim mövzusunda nəşrləri ilə tanış etmək üçün bu müəssisənin nəşrlərindən yeddisi sərgiyə çıxarılıb. Həmçinin sərgidə Beynəlxalq Dubay Mükafatı Müəssisəsinin Quran yarışları, İslami əlyazma nüsxələrin bərpası və digər fəaliyyətləri barədə məlumat verilib.  

O əlavə edib: Bu müəssisə son illərdə Qurani-Kərimin elmi ecazkarlığı, Peyğəmbərin (s) sünnəsi və sirəsi (həyat tərzi), İslam mədəniyyəti və fiqhi sahəsində 188 kitab nəşr edib.  

Səudiyyə Ərəbistanın Mədinə şəhərinin 36-cı Media və Kitab Sərgisi Mədinə İslam Universitetinin təşəbbüsü ilə keçirilir. Bu sərgi Aprel ayının 1-də başlamışdı və bu gün (10 Aprel 2019-cu il) öz işini yekunlaşdıracaq.

Bu sərigdə 200 civarında İslam mədəniyyəti və İslami nəşr müəssisələri iştirak ediblər.

http://iqna.ir/fa/news/3801968

Teqlər: kitab ، sərgi ، mədinə ، dubay
Ad:
E-poçt:
* Comment: