IQNA

10:07 - April 13, 2019
Xəbər sayı: 3484979
Şəbaniyyə bayramları (Həzrət İmam Hüseyn, Əbulfəzl Abbas və İmam Səccadın doğum günləri) münasibəti ilə Belarusiyanın paytaxtı Minsk şəhərinin "Beytuz-Zəhra (s)" mərkəzində bayram mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şəbaniyyə bayramları (Həzrət İmam Hüseyn, Əbulfəzl Abbas və İmam Səccadın doğum günləri) münasibəti ilə Belarusiyanın paytaxtı Minsk şəhərinin "Beytuz-Zəhra (s)" mərkəzində bayram mərasimi keçirilib.

Mərasimdə Belarusiyada yaşayan Əhli-Beyt (ə) aşiqləri, Belarusiyada yaşayan Müsəlman Tələbələr Birliyi və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi iştirak edib.

Mərasimdə Quran qiraəti, dini nəğmə, məddahlıq, videoklip, xətib söhbəti və camaat namazı proqramları icra edilib.

Mərasimin sonunda İslam və Əhli-Beyt (ə) tarixinin cavanlara və yeniyetmələrə çatdırılması hədəfi ilə yarışlar keçirilib.       

http://iqna.ir/fa/news/3803089

Ad:
E-poçt:
* Comment: