IQNA

14:34 - April 13, 2019
Xəbər sayı: 3484982
Serbistan respublikasının paytaxtı Belqradda "Qum Dini Elmlər Mərkəzi"nin 2014-cü ildən nəşr etdiyi "Qum Dini Elmlər Jurnalı"nın yeddinci ilinin 2-ci və 3-cü sayları çap və nəşr edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Serbistanın paytaxtı Belqradda "Qum Dini Elmlər Mərkəzi"nin nəşr etdiyi "Qum Dini Elmlər Jurnalı"nın yeddinci ilinin 2-ci və 3-cü sayları çap və nəşr edildi.

Serbistanın paytaxtı Belqradda "Qum Dini Elmlər Mərkəzi"nin nəşr etdiyi "Qum Dini Elmlər Jurnalı"nın indiyədək 16 sayı çap və nəşr edilib.

Belqradın "Qum Dini Elmlər Mərkəzi"nin nəşr etdiyi "Qum Dini Elmlər Jurnalı" 2014-cü ildən çap edilir.

Bu jurnal Serbistan respublikasının Təhsil Nazirliyi tərəfindən "M-53" elmi-araşdırma jurnalı dərəcəsi ilə qiymətləndirilib.

"Qum Dini Elmlər Jurnalı" Balk ölkələrində İslamşünaslıq mövzusunda çap və nəşr edilən ilk müstəqil elmi-araşdırma jurnaldır. Və 2014-cü ildən indiyədək öz elmi rütbəsini qoruyub saxlaya bilmişdir.

Serbistan respublikası son illər ərzində İlahiyyat və fəlsəfə mövzusunda təkcə on jurnala elmi araşdırma jurnalı rütbəsi vermişdir ki, bu on jurnaldan biri də "Qum Dini Elmlər Jurnalı"dır. Əlbəttə digər jurnallardan bəzilərinin Serbistanın elmi həyatında 70 ildən çox yaşı var və araşdırmaçılar üçün mühüm qaynaqlardan hesab edilirlər. Bu baxımdan "Qum Dini Elmlər Jurnalı" Serbistanda nəşr edilən elmi jurnalların ən cavanıdır.  

http://iqna.ir/fa/news/3803108

Ad:
E-poçt:
* Comment: