IQNA

0:13 - April 14, 2019
Xəbər sayı: 3484986
İran İslam Respublikasının 36-cı Beynəlxalq Quran Yarışları çərçivəsində keçirilən Dini Elmlər Tələbələri arasında 3-cü Beynəlxalq Qurani-Kərim yarışlarının qalibləri elan edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 36-cı Beynəlxalq Quran Yarışları çərçivəsində keçirilən Dini Elmlər Tələbələri arasında 3-cü Beynəlxalq Qurani-Kərim yarışlarının qalibləri elan edilib.

Dini Elmlər Tələbələri arasında keçirilən 3-cü Beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi Qum şəhərinin İmam Kazim (ə) adına elmi dini mədrəsəsinin toplantı salonunda keçirilib.

Bu mərasimdə şiələrin təqlid mərcəsi həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi, Qum Elmi Dini Hövzəsinin rəisi Ayətullah Əərafi və İran İslam Respublikasının Vəfqlər Təşkilatının rəisi (İslami Fond Təşkilatı) Höccətul-İslam vəl-müslimin Xamuşi iştirak ediblər.

Ayətullah Məkarim Şirazi çıxışında deyib: Quranın qəlblərdəki təsiri işıq sürətinə bərabər bir sürətə bərabərdir. Quranın bəşər cəmiyyətindəki təsiri qərb və şərq alimərini heytərə salmışdır. Bu gün əxlaqi və insani dəyərlər dollara fəda edilib. Bu gün insan övladının Qurana ehtiyacı hər zamankından daha çoxdur. Bu gün bəşəriyyətin cəhalət zülmətindən xilas olması üçün Quranın nuruna ehtiyacı var. Bu gün bizim əsas vəzifəmiz Quranın nurunu dünyaya çatdırmaqdır.

O əlavə edib: Düşmənlər Quran əleyhinə şübəhələr yaymaq üçün birləşiblər. Onlar həqiqətən Quranı dərk etməyiblər və bu səmavi kitabdan xəbərsizdirlər. Bu gün bizim vəzifəmiz həm də bu şübhələrə cavab verməkdir.

Mərasimin davamında qaliblər mükafatlandırılıb. Qurani-Kərimin hifzi üzrə birinci yeri iranlı tələbə Məhəmməd Xakpur, ikinci yeri Çadlı tələbə Əhməd Məhəmməd Tahir və üçüncü yeri Əlcəzayirli tələbə Məhəmməd Bihüda əldə ediblər.

Elmi işlər yazılması bölməsində Əbdülhaşim Mirzayev (Tacikistan), Seyid İsa Müstərhəmi (İran), Seyid Həmid Cəzayiri (İran) və Həmid Rza Tusi (İran) fərqləniblər.

Qurani-Kərimin peşəkar qiraəti üzrə Siddiq Milyana (İndoneziya) 3-cü yeri, Məhəmmədkərim Möhsini (Əfqanıstan) ikinci yeri və Əsəl Ğəvabiş (İran) birinci yeri qazanıblar.   

http://iqna.ir/fa/news/3803427

Ad:
E-poçt:
* Comment: