IQNA

9:53 - April 14, 2019
Xəbər sayı: 3484987
İran İslam Respublikasının 36-cı Beynəlxalq Qurani-Kərim Yarışlarının nəzdində keçirilən görmə qüsuru olanlar arasında 4-cü beynəlxalq Quran yarışlarında İraqı Məhəmməd Əbdüləli Kəmaş təmsil edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 36-cı Beynəlxalq Qurani-Kərim Yarışlarında görmə qüsuru olanlar arasında İraqı Məhəmməd Əbdüləli Kəmaş təmsil edib.

Görmə qüsuru olan Qurani-Kərim hafizi 40 yaşlı Məhəmməd Əbdüləli Kəmaş İran İslam Respublikasının 36-cı Beynəlxalq Qurani-Kərim Yarışların nəzdində keçirilən "Görmə Qüsurlu Quran Hafizlərinin 4-cü Beynəlxalq Yarışları"nda iştirak edib.

O 20 yaşında olarkən başından zərbə alır. Buna görə əməliyyat olunur. Əməliyyat zamanı gözlərini itirir. Bu onun təhsili tərk etməsinə səbəb olur. Amma bu məsələ onu ruhdan salmır və o, 2004-cü ildən Quranı əzbərləməyə başlayır.

O, Qurani-Kərimin 3 cüz, 5 cüz, 20 cüz və nəhayət bütöv Quran hifzi yarışlarında iştirak edir. İraqda keçirilən müxtəlif yarışlarda birinci yerləri qazana bilir.

İranda ilk beynəlxalq yarışı təcrübə edən Məhəmməd Əbdüləli Kəmaş İQNA ilə müsahibəsində dedi: "İranın Quran yarışları çox yüksək səviyyədə keçirilir. Bu məsələ göstərir ki, İran Quranın cəmiyyətdə tətbiq edilməsinə əhəmiyyət verir. Bu yarışlarda görmə qüsuru olanlara xüsusi diqqət ayrılması İran dövləti tərəfindən atılmış müsbət və dəyərli bir addımdır. Çünki görmə nemətindən məhrum olan təbəqənin Quranı hifz, qiraət və dərk etməyə ehtiyacı vardır.

O müsahibəsinin davamında vurğuladı: "Görmə qüsuru olanların Qurani-Kərimin məfhum və maarifini asan dərk etməsi üçün Brayl xətti ilə yazılmış geniş və ətraflı təfsirə ehtiyacları var".

İraqlı əlil hafiz əlavə etdi: Quranı əzbərləmək üçün birinci amil insanın bu işə sevgi və bu yolda iradəsinin olmasıdır. Əgər sevgi və iradə olarsa, hər bir insan Quranı əzbərləyə bilər. Amma görmə qüsuru olanlar üçün xüsusi kursların təşkili, dərnəklərin keçirilməsi və bacarıqlı ustad tapmaq da çox əhəmiyyətlidir. Mən Quranı əzbərləməyə başlayanda çox çətinlik çəkmişəm. Kasetlərdən istifadə edərək Quran əzbərləyirdim. Ustad tapa bilmədim. Özüm hazırda Quran müəllimiyəm və çoxlu şagirdlərim var. Quran hifzi kurslarında tədris edirəm.

Qeyd edək ki, İran İslam Respublikasının 36-cı Beynəlxalq Qurani-Kərim Yarışlarının nəzdində keçirilən "Görmə Qüsurlu Quran Hafizlərinin 4-cü Beynəlxalq Yarışları" cari həftənin üçüncü günü başlayıb və sabah (15 Aprel) bu yarışların qalibləri elan ediləcəkdir.  

http://iqna.ir/fa/news/3802982

Ad:
E-poçt:
* Comment: