IQNA

6:18 - April 15, 2019
Xəbər sayı: 3484989
Bu gün, 15 Aprel 2019-cu il, günün ikinci yarısında, axşam saatlarında, Malaziyanın 61-ci Beynəlxalq Qurani-Kərim Yarışları rəsmi şəkildə öz işinə başlayacaq və Aprel ayının 20-dək davam edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziya müxbirinin verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 15 Aprel 2019-cu il, günün ikinci yarısında, axşam saatlarında, Malaziyanın 61-ci Beynəlxalq Qurani-Kərim Yarışları rəsmi şəkildə öz işinə başlayacaq və Aprel ayının 20-dək davam edəcək.

Bu yarışın proqramları bu gün, səhər saatlarında, yarışların ilk günü, açılış mərasimindən öncə seçim sınağı və püşkatma ilə təyin ediləcək.

Malaziyanın beynəlxalq Quran yarışları kişilər və xanımlar arasında, Qurani-Kərimin hifzi və peşəkar qiraəti ixtisası üzrə keçiriləcək.

Bu yarışlarda İran İslam Respublikasını Qurani-Kərimin peşəkar qiraəti üzrə Hadi Müvəhhid Əmin təmsil edəcək.

Yarışlarda Qurani-Kərimin hifzi ixtisası üzrə və habelə qadınlar bölməsində İran İslam Respublikasından iştirak edən olmayıb.

Hadi Müvəhhidi 1362-ci ildə Tehranda anadan olub. Tehranın İqtisadi Elmlər universitetinin məzunudur. Evlidir, iki övladı var. O, bundan öncə İranın beynəlxalq yarışlarında üçüncü yeri qazanıb.

http://iqna.ir/fa/news/3803744  

Ad:
E-poçt:
* Comment: