IQNA

19:16 - April 15, 2019
Xəbər sayı: 3484992
Pakistanın İslamabad şəhərində ölkənin İslam Alimləri Şurasının təşəbbüsü ilə "İslamın Mesajı" adlı IV beynəlxalq konfrans keçirilir – (‘4th International Message of Islam Conference’).

İslamabadda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "www.thenews.com" informasiya portalına istinadla verdiyi xəbərə görə, Pakistanın İslamabad şəhərində ölkənin İslam Alimləri Şurasının təşəbbüsü ilə "İslamın Mesajı" adlı IV beynəlxalq konfrans keçirilir – (‘4th International Message of Islam Conference’).

Konfransda terrorizmin məhv edilməsi, terrorist təfəkkürünün köklərinin qurudulması, radikalizmlə mübarizə və məzhəbçi zorakılıq amillərinin ortadan qaldırılması mövzusu müzakirə ediləcək.

Dünən, həftənin Bazar günü, 14 Aprel 2019-cu il, başlayan bu konfransa Misr, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələrindən nümayəndələr qatılıb.

Konfransda Pakistan Senasının (Milli Məclis) rəisi Siddiq Səncarani, Pakistanın Dini İşlər Fedaral Naziri, mütəxəssislər, din və məzhəb alimləri və digər tanınmış şəxsiyyətlər iştirak edirlər.

Pakistan Alimlər Şurasının rəisi Hafiz Məhəmməd Tahir Məhmud Əşrəfi keçən həftənin Şənbə günü, 13 Aprel 2019-cu il, İslamabadda keçirilən mətbuat konfransında deyib: "İslamın Mesajı" adlı IV beynəlxalq konfrans dünyada və İslam ölkələrində ədalət, insaf, orta yol və mötədillik mesajını yaymaq hədəfi ilə keçirilir.  

http://iqna.ir/fa/news/3803678

Ad:
E-poçt:
* Comment: