IQNA

İndoneziya yarışlarında "Quran təfsirindən yanlış çıxarış" adlı məqalə üçüncü yerə çıxdı

21:30 - April 15, 2019
Xəbər sayı: 3484993
İndoneziyanın İslami Kollecinin tələbəsi Lufayəqi İndoneziyanın Beynəlxalq Qurani-Kərim yarışlarına Quranın təfsiri mövzusunda iki məqalə göndərib. Onun məqalələri birinci və ikinci yerləri qazanıb.

İndoneziya yarışlarında İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın İslami Kollecinin tələbəsi Lufayəqi İndoneziyanın Beynəlxalq Qurani-Kərim yarışlarına Quranın təfsiri mövzusunda iki məqalə göndərib. Onun məqalələri birinci və ikinci yerləri qazanıb.

"Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam Emləri Akademiyasının İndoneziyadakı nümayəndəsi Məhəmmədcavad Əsədi İQNA ilə müsahibəsində deyib: Lufayəqi İndoneziyanın Cakarta şəhərində yerləşən "Sədra İslam Kolleci"nin "Quran Təfsiri" ixtisası üzrə axırıncı kurs tələbəsidir.

O, İndoneziyanın "Alimlər Hərəkatı Ofisi"nin və "Şərif Hidayətillah Universiteti"nin Quran yarışlarının elmi məqalələr bölməsində iştirak edərək birinci və üçüncü yerləri qazanıb.

Lufəyaqi yarışlarda "Pançasila ilə dindar cəmiyyətin formalaşması", "İslam hakimiyyəti" və "Quran təfsirindən yanlış çıxarış; Xiladət ayələrində təhriflər" adlı məqalələr ilə iştirak edib.

Qeyd edək ki, Sədra İslam Kolleci Cənubi Cakartanın "Fatimavati" prospektində yerləşir. Bu prospektdə İndoneziyanın "Şədif Hidayətullah İslam Universiteti", "Məhəmmədiyyə Universiteti" və "İndoneziya Dövlət Universiteti" də yerləşir.    

http://iqna.ir/fa/news/3803808

captcha