IQNA

6:48 - April 16, 2019
Xəbər sayı: 3484995
Məşhur kilsədə baş verən yanğın zamanı Notr-Dam kilsəsinin zəng qülləsi də yanaraq yerə tökülüb. Paris merinin müavini orta əsirlərə aid olan bu tarixi qüllənin yanaraq məhv olmasını təsdiqləyib.  

Parisin məşhur kilsəsi yandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xarici "kiv"lərə istinadla verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 15 Aprel 2019-cu il, Fransanın paytaxtı Paris şəhərində yerləşən məşhur tarixi tikili olan Notr-Dam kilsəsi şiddətli və dəhşətli bir yanğın hadisəsi nəticəsində yandı.

Fransanın xəbər qaynaqlarının yaydığı məlumata əsasən, məşhur kilsədəki yanğın hadisəsi kilsədə aparılan təmir-tikinti işləri ilə əlaqəlidir.

Yanğın zamanı Notr-Dam kilsəsinin zəng qülləsi də yanaraq yerə tökülüb. Paris merinin müavini orta əsirlərə aid olan bu qüllənin yanıb məhv olmasını təsdiqləyib.  

Qeyd edək ki, Parisin "Notr-Dam" kilsəsi 12-13-cü miladi əsrlərində şəhərin yepiskopu Moris de Süllinin təşəbbüsü ilə  tikilmişdir. Bu barədə daha ətraflı qarşıdakı keçiddən oxuya bilərsiniz: "NOTR-DAM kilsəsi"

http://iqna.ir/fa/news/3804116

Ad:
E-poçt:
* Comment: