IQNA

7:17 - April 16, 2019
Xəbər sayı: 3484996
Konfransda iştirak edən müxtəlif sahələrin alim və mütəxəssisləri vurğulayıblar ki, "islamofobiya" təkcə müsəlmanlar üçün deyil, həm də bütün dünya və bəşəriyyət üçün qorxulu bir fenomendir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü, 14 Apel 2019-cu il, Türkiyənin İstambul şəhərində İslamofobiya ilə mübarizə mövzusunda üç günlük konfrans keçirildi.

Konfrans "İslam və Beynəlxalq Məsələlər Mərkəzi"nin (CİGA) təşəbbüsü ilə İstambulun "Zəim Səbahəddin Universiteti"ndə keçirilib.

Konfransda iştirak edən müxtəlif sahələrin alim və mütəxəssisləri vurğulayıblar ki, "islamofobiya" təkcə müsəlmanlar üçün deyil, həm də bütün dünya və bəşəriyyət üçün qorxulu bir fenomendir. Buna görə də "islamofobiya" ilə mübarizə üçün beynəlxalq səviyyədə qanun çərçivəsi yaradılmalıdır.  

"İslamofobiya"nın qorxulu və zərərli bir fenomen olduğunu vurğulayan iştirakçılar bildiriblər ki, müsəlmanlar bu hadisə və problem ilə üzləşməyə və mübarizəyə hazır olmalıdırlar.

Konfrans iştirakçıları habelə vurğulayıblar ki, "islamofobiya" ilə mübarizə üçün müsəlman cəmiyyətləri də öz daxili problemlərini görməli və ehtimal edilən səhvləri islah etməlidirlər.

Kaliforniya universitetinin ustadı Sadiq Şeyx konfransda deyib: Bu məsələ müxtəlif səviyyələrdə, cəmiyyətdə, təlim, təhsil və tərbiyə proqramında, ümumiyyətlə cəmiyyətin formalaşması üçün işlənən bütün proqramlarda nəzərə alınmalıdır. Biz özümüzü bağlılıqdan xilas etməliyik. Bu mövzuda müsəlman cəmiyyətlərində çoxlu işlər görülməlidir.

Brtiyaniya müsəlmanlarının işi üzrə araşdırmaçı Xədicə Şəyal deyib: Müsəlman cəmiyyətlərin öz səhvlərini islah etməyə ehtiyacları var. Biz bir-birimizi dəstəkləməliyik. Müsəlmanlar arasındakı irqçiliyi və ədalətsizliyi islah etməliyik. Habelə digər cəmiyyətlərlə də əlaqələrimizi genişləndirməliyik.         

http://iqna.ir/fa/news/3804067

Teqlər: iqna ، istambul ، islamofobiya ، konfrans
Ad:
E-poçt:
* Comment: