IQNA

Keşmirdə "Bərat gecəsi" mərasimi keçirilir

23:28 - April 20, 2019
Xəbər sayı: 3485018
Keşmir müsəlmanları hər il Şəban ayının 15-ci gecəsini ki, Həzrət İmam Mehdinin (ə.f) mövlud gecəsidir və "Arzular gecəsi" adlanır, bayram edirlər, gecəsni oyaq qalır, ibadət edir və dualar oxuyurlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Keşmir müsəlmanları hər il Şəban ayının 15-ci gecəsini ki, Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) mövlud gecəsidir və "Arzular gecəsi" adlanır, bayram edirlər, gecəsni oyaq qalır, ibadət edir və dualar oxuyurlar.

Beynəlxalq İslam Elmləri Akademiyasının (Cameətul-Mustafa əl-Aləmiyyə) Hindistandakı nümayəndəsi və dini araşdırmalar üzrə müavini Fəyyaz Hüseyn Rəzəvi İQNA ilə müsahibəsində bu barədə dedi:

Hindistan müsəlmanları arasında və Keşmirdə Şəban ayının bayramları, xüsusi ilə də Şəbanın ayının 15-ci gecəsi münasibəti ilə bayram keçirilir, müsəlmanlar bir-birinə təbrik deyirlər.

O əlavə etdi: İmam Zamanın (ə) mövlud gecəsi Keşmirdə "bərat gecəsi" (arzuların verilməsi) adı ilə bayram edilir. Müsəlmanlar həmin gecəni əhya saxlayırlar, namaz qılır və dualar edirlər. Qəbirlər üzərində şam yandırırlar. Çalışırlar ki, həmin gecəni ailə ilə birlikdə keçirsinlər.  

"Cameətul-Mustafa əl-Aləmiyyə"nin Hindistandakı nümayəndəsi və dini araşdırmalar üzrə müavini vurğuladı: Bərat gecəsi camaat müxtəlif növ xörəklər bişirirlər. Ailə üzvləri bir yerə toplaşır və şadlıq edirlər.

http://iqna.ir/fa/news/3805020

برگزاری جشن «شب برات» در کشمیر

برگزاری جشن «شب برات» در کشمیر

برگزاری جشن «شب برات» در کشمیر

Teqlər: iqna ، keşmir ، şəban
captcha