IQNA

İstambulda İbn Xəldun nəzəriyyəsinin araşdırılması simpoziumu

15:25 - April 29, 2019
Xəbər sayı: 3485055
Keçən həftə müxtəlif ölkələrin alim və araşdırmaçılarının iştirakı ilə keçirilən bu toplantıda İbn Xəldunun iqtidar, iqtisad və əxlaqi elmlər barədə nəzəriyyələri araşdırılıb və müzakirə edilib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərinin İbn Xəldun Universitetində keçirilən beşinci beynəlxalq toplantıda səkkizinci hicri-qəməri əsrinin İbn Xəldun adı ilə tanınmış müsəlman mütəfəkkiri Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun Həzrəmi Tunisinin (1332/732 – 1406/808) elmi düşüncələri barədə beynəlxalq simpozium keçirilib.

Keçən həftənin Şənbə və Bazar günləri (27 və 28 Aprel) müxtəlif ölkələrin alim və araşdırmaçılarının iştirakı ilə keçirilən bu toplantıda İbn Xəldunun hakimiyyət, iqtidar, iqtisad və əxlaqi elmlər barədə nəzəriyyələri araşdırılıb və müzakirə edilib.  

Toplantıda çıxış edən Prasenjit Puara   - Amerikanın Duke universitetinin Hindistan əsilli professoru, deyib: İbn Xəldun kimi məşhur tarixi simaların düşüncəsindən həm hakimiyyətin qüdrətini gücləndirməkdə və həm də müasir dövrü qiymətləndirmək üçün istifadə etmək olar.

O əlavə edib: İbn Xəldun kimi simaların düşüncə və fikr tərzi yaşadığı dövrü və cəmiyyəti dərk etmək üçün mühümdür.

Amerikanın Duke universitetinin Hindistan əsilli professoru vurğuladı: İbn Xəldun daha çox taxir yazmaq, sosisologiya, iqtisadiyyat və cəmiyyətşünaslıq kimi elmlərdəki araşdırma və düşüncələrinə görə məşhurdur. Onun tarix mövzusunda yazdığı "Müqəddimə" əsəri dünya tarixi barədə mühüm əsərlərdən biridir.  

http://iqna.ir/fa/news/3807169

captcha