IQNA

Berlində məscidə təhdid mesajları göndərdilər

6:25 - May 04, 2019
Xəbər sayı: 3485081
Son bir neçə həftədə Almaniyanın paytaxtı Berlin şəhərinin Neukölin rayonunda yerləşən müsəlmanların ibadət ocağına, "Qazi Osman Paşa məscidi"nə təhqiredici sözlərlə dolu təhdid mesajları göndərilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin "AA" informasiya portalına istinadla verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlində radikal irqçi qruplar tərəfindən şəhər məscidinə təhdidamiz mesajlar göndərilib.

Almaniyanın yerli kütləvi informasiya vasitələrinin dünən, həftənin Cümə günü, 3 May 2019-cu il, yaydığı xəbərə görə, son bir neçə həftədə paytaxt Berlinin Neukölin rayonunda müsəlmanların ibadət ocağı "Qazi Osman Paşa məscidi"nə təhqiredici sözlərlə dolu təhdid mesajları göndərilib.

Məscidin idarə heyətinin rəisi Ali Şenel mətbuat konfransında deyib: Yeni Zelandiyadakı terror hadisəsindən sonra təhdidamiz məktublar alıqırdıq. Amma bir neçə gün öncə məktubla birgə güllə də göndərimişdilər. Və bu bizi çox nigaran edir. Xüsusilə də Ramazan ayında iftar proqramlarımız olacağı üçün bizim bu məscidə ciddi təhlükəsizlik tədbirlərinə ehtiyacımız var.  

Ali Şenel vurğulayıb: Bu məsələni Berlin polisinə məlumat vermişik. Ümid edirik ki, polis bu məktubların kimlər tərəfindən göndərilməsini sürətlə və ən yaxın zamanda nəzarətə alacaqdır.

http://iqna.ir/fa/news/3808358

captcha