IQNA

Şeyx Nəim Qasim:

"İsraili torpaqlarımızdan çıxarmaq üçün müqavimət yolunu seçmişik"

9:13 - May 05, 2019
Xəbər sayı: 3485087
HİZBULLAH müqavimət yolunu seçib. Bu seçimlə böyük nailiyyətlər əldə edib. Biri də Livan torpaqlarının azad edilməsi və işğalçı israilin 2000-ci ildə burnunu əzərək torpaqlarımızdan çıxarılmasıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibinin müavini Şeyx Nəim Qasim dünən, həftənin Şənbə günü, 4 May 2019-cu il, vurğuladı: "İsraili torpaqlarımızdan çıxarmaq və sionizmlə mübarizə üçün müqavimət yolunu seçmişik".

Nibtiyyə şəhərinin "Şeyx Rağib Hərb Xəstəxanası"nın həkimlərinin mükafatlandırılması mərasimində çıxış edən Şeyx Nəim Qasim elan etdi: "Bu gün torpaqlarımızın azad edilməsi üçün bizim qarşımızda təkcə iki seçim var: Müqavimət və torpaqlarımızın və gələcək nəsillərimizin müdafiəsi və ya düşmən qarşısında təslim olmaq və torpaqlarımızın işğalına göz yummaq".

O əlavə etdi: HİZBULLAH müqavimət yolunu seçib. Bu seçimlə böyük nailiyyətlər əldə edib. Onların ən mühümləri Livan torpaqlarının azad edilməsi və işğalçı israilin 2000-ci ildə burnunu əzərək torpaqlarımızdan çıxarılmasıdır. Digəri isə bizim iştirakımız ilə İŞİD terrorçularının Suriyadan və regiondan silinib məhv edilməsidir.

Livan Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibinin müavini Şeyx Nəim Qasim vurğuladı: Biz yenə də müqavimət yolunu davam etdirməkdə qərarlıyıq, israrlıyıq və yəqinimiz var ki, qələbə bizimlədir və bu müqavimətin nəticəsidir.   

http://iqna.ir/fa/news/3808746

captcha