IQNA

Almaniya piskoposlarının rəhbəri Ramazan ayı mesajı verdi

19:58 - May 07, 2019
Xəbər sayı: 3485098
Almaniya piskoposlarının rəhbəri kardinal Raynhard Marks mübarək Ramazan ayının çatması münasibəti ilə müsəlmanlara xitab olaraq ismarıc ünvanlayıb. O, ismarıcda hamını sülhə və qardaşlığa dəvət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya piskoposlarının rəhbəri kardinal Raynhard Marks mübarək Ramazan ayının çatması münasibəti ilə müsəlmanlara xitab olaraq ismarıc ünvanlayıb.

Ramazan ayı münasibəti ilə müsəlmalara ismarıc ünvanlayan Almaniya piskoposlarının rəhbəri kardinal Raynhard Marks irqçilərin məscidlərə hücum etməsini pisləyərək deyib: Oruc tutmaq xristianlıqda da sünnə və dini ayin sayılan bir əməldir. Oruc tutmaq insanı Allaha yaxınlaşdırır və bunun üçün yeni bir fəza yaradır.  

O əlavə edib: Açıq bir cəmiyyətdə heç kim namazxana və ya məscidə getmək üçün qorxu hissi keçirməməlidir. Allah-Taala bu dünyanın xaliqidir və qoruyucusudur. O, orucluq ayında sizinlə birgədir və sizin dualarınızı eşidir.

Almaniya piskoposlarının rəhbəri kardinal Raynhard Marks son zamanlar məscid, kilsə və sinoqoqlara və müxtəlif dinlərin ardıcıllarına qarşı artan hücumlardan nigaran olduğunu bildirdi və cinayətkarların təqib olunmasını və cəzalandırılmasını tələb etdi.  

http://iqna.ir/fa/news/3809585

Teqlər: almaniya ، irqçilik ، piskopos
captcha