IQNA

14:39 - May 08, 2019
Xəbər sayı: 3485101
İsveç Vaxjo şəhərində müsəlmanların sayının əhəmiyyətli dərəcədə artımısını nəzərə alaraq, şəhərdə 1000 nəfərlik böyük bir məscid tikmək planlaşdırılır.

İQNA, Maide.Az-a istinadən xəbər verir ki, bunu Vaxjo şəhər məscdinin imamı İsmail  Abdullah deyib. 

O bildirib ki, ilk məscid  15 il əvvəl tikilib və şəhərdə müsəlmanların sayı artıb. “Fitir və Qurban bayralarında  ibadət üçün məscidə gələn insanların sayı 2 mindən çox olur. Məscid kiçik olduğu üçün  ibadət edənlər ətraf park və küçədə namaz qılmağa məcbur olur”. 

O deyib ki, yeni məscid  ənənəvi və müasir üslubda inşa ediləcək. “Məscidin inşası üçün İsveç hökumətinə müraciət olunub. Razılıq alındıqdan sonra məscidin  2025-ci ilədək tikilməsi planlaşdırılır.” 

Ad:
E-poçt:
* Comment: