IQNA

Haaqa şəhərində 5-ci Ramazan Quran xətmi proqramı icra ediləcək

18:15 - May 08, 2019
Xəbər sayı: 3485103
Qurani-Kərimin Ramazan ayında Tərtil tilavəti ilə xətmi proqramı davamlı şəkildə artıq beş ildir ki, Hollandiyanın Haaqa şəhərində "əl-Kövsər" Mədəniyyət Müəssisənin təşəbbüsü ilə təşkil edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alcauther.com" informasiya portalına istinadla verdiyi xəbərə görə, bu ilin mübarək Ramazan ayında Hollandiyanın "Haaqa" şəhərində 5-ci Ramazan Quran xətmi proqramı icra ediləcək.

Qurani-Kərimin mübarək Ramazan ayında Tərtil tilavəti ilə xətmi proqramı ardıcıl və davamlı şəkildə artıq beş ildir ki, Hollandiyanın Haaqa şəhərində "əl-Kövsər" Mədəniyyət Müəssisənin təşəbbüsü ilə təşkil edilir.

Qurani-Kərimin tərtil tilavəti ilə xətmi mərasimi dünən, həftənin birinci günü, mübarək Ramazan ayının 1-dən "Birlikdə Quran xətm edək 5" devizi ilə başlayıb.

Ramazan ayının sonunadək məşhur Quran qarilərinin iştirakı ilə davam edəcək bu proqram hər gün, günün ikinci yarısında yerli vaxtla saat 7-dən 7:30-dək icra ediləcək.

Qeyd edək ki, "əl-Kövsər" Mədəniyyət Müəssisənin Darul-Quran idarəsinin təşkil etdiyi proqramda xanımlar və kişilər iştirak edə bilərlər. Mərasimin sonunda ən çox iştirak edənlərə hədiyyələr veriləcək. Püşk vasitəsi ilə veriləcək hədiyyələr arasında Ümrə Həcci ziyarəti də var.     

http://iqna.ir/fa/news/3809509

 

captcha