IQNA

18:45 - May 08, 2019
Xəbər sayı: 3485104
Bağçaşəhir universitetinin iranlı tələbələri mədəniyyət festivalı keçiriblər. İstambuldakı İİR Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə keçirilən festivalda "İran-İslam mədəniyyəti" tanıtdırılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin Bağçaşəhir universitetində təhsil alan iranlı tələbələr mədəniyyət festivalı keçiriblər.

İran İslam Respublikasının İstambuldakı İİR Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə keçirilən festivalda "İran-İslam mədəniyyəti" tanıtdırılıb.

Festivalda İran-İslam mədəniyyətini təmsil edən əl sənayesi, nəfis kitablar, turizm gözəllikləri barədə sərgi keçirilib və Türk dilində İranı tanıtdıran disklər paylanılıb.   

http://iqna.ir/fa/news/3809872

Ad:
E-poçt:
* Comment: