IQNA

18:57 - May 08, 2019
Xəbər sayı: 3485105
Dinləyicilər üçün mənəvi və şad səhər aurası yaratmaq hədəfi ilə yayımlanan proqramda münacat, səhər duası, Ramazan ayının gündəlik duaları oxunur, digər müxtəlif proqramlar icra edilir və Azan deyilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsevçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzi mübarək Ramazan ayının "Obaşdan (imsak) vaxtı" üçün xüsusi proqram hazırlayıb.

"Allah qonaqlığı" adlanan bu proqram altı ildir ki, davamlı şəkildə İsveçin maarif radiosu vasitəsi ilə yayıma gedir.

Dinləyicilər üçün mənəvi və şad səhər aurası yaratmaq hədəfi ilə yayımlanan proqramda münacat, səhər duası, Ramazan ayının gündəlik duaları oxunur və Azan deyilir. Proqram hər gün, yerli vaxtla saat 24:00-dən sübh saat 4:00-dək davam edir.

Bundan əlavə Ramazan ayı üçün hazırlanmış xüsusi iftar proqramı da həftənin birinci və dördüncü günləri həmin radio vasitəsi ilə yayıma gedir.

İsveçin Stokholm əyalətinin maarif radiosunun proqramlarını FM dalğası üzərindən 94.2 tezliklə izləyə bilərsiniz.    

http://iqna.ir/fa/news/3809831

Teqlər: ramazan ، azan ، imsak ، obaşdan
Ad:
E-poçt:
* Comment: