IQNA

İngiltərədə qeyri-müsəlmanlara iftar süfrəsi açılacaq

19:39 - May 08, 2019
Xəbər sayı: 3485106
Luton şəhərin məscidinin təşkil etdiyi iftar süfrəsinə yeni müsəlmanlar və qeyri-müsəlmanlar dəvət olunublar. İftar mərasimində onlara mübarək Ramazan ayı orucunun fəlsəfəsi barədə məlumat veriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Luton şəhərinin "Hockwell Ring" məscidində qeyri-müsəlmanlar üçün xüsusi iftar süfrəsi açılacaq.

Luton şəhərin məscidinin təşkil etdiyi iftar süfrəsinə yeni müsəlmanlar və qeyri-müsəlmanlar dəvət olunublar. İftar mərasimində onlara mübarək Ramazan ayı orucunun fəlsəfəsi barədə məlumat veriləcək.

May ayının 17-də, Cümə günü keçiriləcək iftar süfrəsində çıxış edən xətib mərasimə toplaşanlara İslam dini və Ramazan ayı barədə söhbət edəcək.  

Bundan əlavə May ayının 28-də təzə müsəlman olanlar və ailələri üçün iftar süfrəsi açılacaq. Bu mərasimdə müsəlmanlığı yeni qəbul etmiş Martin Askev yeni müsəlmanların ictimai problemləri barədə danışacaq.  

Qeyd edək ki, Luton şəhəri İngiltərənin şərqində yerləşir. 2017-ci ilin statiskasına görə bu şəhərdə 215 min nəfər yaşayır. Müsəlmanların sayı isə 50 min nəfərdir.   

http://iqna.ir/fa/news/3809953

 

captcha