IQNA

12:38 - May 10, 2019
Xəbər sayı: 3485108
Qızıl günbəzli "Diyan əl-Mehri" məscidi müsəlmanlar üçün ibadət ocağı olmaqdan əlavə turistlər üçün cazibəli məkanlardan biridir. İldə bu məscidi yüzlərlə turist ziyarət edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın dini turizm cazibələri arasında məscidlər əsas yeri tutur.

Bu məscidlərdən biri də Cakartanın cənubunda yerləşən Dipuk şəhərinin "qızıl günbəz məscid" adı ilə məşhur olan "Diyan əl-Mehri" (Masjid Kubah Emas) məscididir.

Qızıl günbəzli "Diyan əl-Mehri" məscidi müsəlmanlar üçün ibadət ocağı olmaqdan əlavə turistlər üçün cazibəli məkanlardan biridir. İldə bu məscidi yüzlərlə turist ziyarət edir.

Məscidin qızıl günbəzi cari ilin (2019) Mart ayının 19-da Bantən əyalətində vəfat etmiş məşhur xeyriyyəçi Haciyə xanım Diyyan Zürriyyə Meymun Rəşid tərəfindən düzəldilmişdir. O, 1996-cı ildə məscid üçün torpaq sahəsi alır və məscidin tikintisi 2001-ci ildən başlayaraq 2006-cı ilədək davam edir. Məscid 2006-cı ilin Sentyabr ayının 31-də istifadəyə verilir.

Məscid 50 hektar sahədə tikilib. Məscidin öz sahəsi (60x120) 7200 metrdir. Məscidin tutumu 20 min nəfərdir.

Məscid əzəmət və gözəlliyinə görə Asiyanın cənub-şərqinin ən görkəmli məscidi hesab edilir.

Qızılgünbəz məscidin beş günbəzi var. Bir əsas günbəz və 4 kiçik. Əsas günbəzin sahəsi aşağıdan 16, ortadan 20 metdir və hündürlüyü 25 metrdir. 4 kiçik günbəzin sahəsi aşağıdan 6, yuxarıdan 7 və hündürlükləri isə 8 metrdir. Məsciddə əsas günbəzin altından asılan və İtaliyadan gətirilən lüstürün ağırlığı 8 tondur.

Məscidin daxili həyətinin sahəsi 45x57 metrdir. Həyətdə 8 min nəfər namaz qıla bilər. Məscidin hər guşəsində 40 metrlik 6 minarə yerləşdirilib.            

http://iqna.ir/fa/news/3810159
مسجد گنبد طلایی؛ جاذبه‌ای توریستی در اندونزی+عکس

مسجد گنبد طلایی؛ جاذبه‌ای توریستی در اندونزی+عکس

مسجد گنبد طلایی؛ جاذبه‌ای توریستی در اندونزی+عکس

مسجد گنبد طلایی؛ جاذبه‌ای توریستی در اندونزی+عکس

 

Ad:
E-poçt:
* Comment: