IQNA

21:47 - May 11, 2019
Xəbər sayı: 3485117
İran İslam Respublikasının 27-ci Qurani-Kərim sərgisinin bu gün, 11 May 2019-cu il, günün ikinci yarasınında açılış mərasimi keçirilib. Sərgi mübarək Ramazan ayının 19-dək davam edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci Qurani-Kərim sərgisi 126 yeni layihə ilə öz işinə başlayıb.

İran İslam Respublikasının 27-ci Qurani-Kərim sərgisinin bu gün, 11 May 2019-cu il, günün ikinci yarasınında açılış mərasimi keçirilib.

Mərasimdə İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirinin Quran və İtrət İdarəsinin rəis müavini Əbdülhadi Fəqəhizadə iştirak edib.

Əbdülhadi Fəqəhizadə bu ilki sərgidə 126 yeni layihənin icra ediləcəyini vurğulayaraq sərginin keçirilməsi barədə təfərrüatı açıqlayıb.

O deyib: 2019-cu ilin Quran sərgisində sərginin ümumxalq cəhətləri gücləndirilib və sərginin milli və beynəlxalq cəhətlərinin yüksəldilməsi üçün müxtəlif mədəni qrumların və xarici ölkələrin nümayəndələrinin iştirakı üçün zəmin yaradılıb. 14 əsas bölmədən ibarət sərginin keçirilməsi üçün 38 min kv.metr sahə nəzərdə tutulub. Sərgi mübarək Ramazan ayının 19-dək davam edəcək.    

http://iqna.ir/fa/news/3810641

Teqlər: iqna ، Quran sərgisi ، iran ، irşad
Ad:
E-poçt:
* Comment: