IQNA

14:23 - May 13, 2019
Xəbər sayı: 3485125
İsrail qüvvələri dünən Şimali əl-Ağvar bölgəsində 7 jurnalisti və bir insan haqları fəalını saxlayıb.

IQNA, Maide.Az-a istinadla xəbər verir ki, İsrail qüvvələri Hazım Nasır, Şadi Ceraria, Renin Savafita, Şeza Hammad, Hişam Əbu Şakra, Xalid Bədir, Mahmud Fevzi adlı jurnalistləri və insan haqları fəalı Faris Fexanı saxlayıb.

Saxlanılan şəxslər İordan çayının qərb sahilinin Tubas vilayətinin şimal-şərqindəki Teyasirin şərqində yerləşən Ummu Zuka düşərgəsinə aparılıb.

Hadisə şahidləri sözügedən jurnalistlərin bölgəyə əl-Ağvardakı Hamsa əl-Fevka kəndindəki fələstinlilərin zorla yerlərindən çıxarılmaları və bölgəni tərk etməyə məcbur edilmələrini təqib etməyə gəldiklərini bildiriblər.

İsrail qüvvələri bölgədə hərbi təlim keçiriləcəyi iddiasıyla bölgədə yaşayan fələstinlilərdən evlərini və çadırlarını tərk etmələrini istəyib.

Jurnalist Həmkarlar İttifaqı bir zülmü təqib etmələrindən dolayı jurnalistlərin saxlanılmasına, sənədlərinin və nəqliyyat vasitələrinin götürülməsinə reaksiya göstərib.

Jurnalist Həmkarlar İttifaqı Birləşmiş Millətlər Təşkilatına tabe bütün beynəlxalq qurumları jurnalistlərin dərhal sərbəst buraxılmasını, iş avadanlıqlarının özlərinə dərhal təhvil verilməsi üçün müdaxilə edilməsinə çağırıb.

Beynəlxalq Jurnalistlər Birliyi də fələstinli jurnalistlərin təhlükəsizliklərinin təmin olunması, onlara qarşı hücumların, təzyiqlərin və cinayətlərin sonlandırılması üçün bütün lazımi səyin göstərilməsi çağırışı edib.

Ad:
E-poçt:
* Comment: