IQNA

İİR Quran sərgisinin beynəlxalq bölməsi bu gün açıldı

23:08 - May 13, 2019
Xəbər sayı: 3485129
İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsi bu gün (13 May 2019) günün ikinci yarısında Tehran müsəllasında fəaliyyətə başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsi bu gün (13 May 2019) günün ikinci yarısında Tehran müsəllasında fəaliyyətə başladı.

İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsi Tehran vaxtı ilə saat 18:00-da İİR-nın milli himninin səsləndirilməsi və Quran tilavəti ilə öz işinə başlayıb. Açılış mərasimi axşam saatlarınadək davam edib.

Mərasimdə 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsinin məsulu Mahmud Vaizi sərgi barədə məlumat verib. Mərasimin davamında Qurani-Kərim barədə ingilis, ərəb, urdu və türk dilində nəşr edilən jurnalların, o cümlədən Tunisin beynəlxalq "Midad" jurnalının təqdimatı keçirilib.

Bu sərgidə Pakistan, İraq, Malaziya, Oman, Yəmən, Əfqanıstan və Tunisin nümayəndələri iştirak edir.

http://iqna.ir/fa/news/3811165

captcha